Nüvә enerjisi milli enerji tәhlükәsizliyinin açarıdırmı?

"Gündəm enerji'' proqramının bu günkü hissəsində  nüvə enerjisinin enerji təhlükəsizliyinə təsiri  haqqında danışacağıq.

2093874
Nüvә enerjisi milli enerji tәhlükәsizliyinin açarıdırmı?

Nüvә enerjisi milli enerji tәhlükәsizliyinin açarıdırmı?

Nüvə enerjisi xüsusilə təbii enerji ehtiyatları məhdud olan ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Rusiya-Ukrayna müharibəsi bu vəziyyəti açıq şəkildə ortaya qoydu. Bir çox ölkələr bağlamağa hazırlaşdıqları atom elektrik stansiyalarının istismar müddətini uzatdı və enerji təhlükəsizliyini bu yolla təmin etməyi seçdi. "Gündəm enerji'' proqramının bu günkü hissəsində  nüvə enerjisinin enerji təhlükəsizliyinə təsiri  haqqında danışacağıq.

Türkiye də nüvə texnologiyasına malik ölkələrdən biri olmaq üçün addımlar atdı. Akkuyu Atom Elektrik Stansiyasının ilk reaktorunun oktyabrda istifadəyə verilməsi planlaşdırılır.

Tikinti işləri başa çatdıqdan sonra 27 aprel 2023-cü il tarixində yanacaq çubuqlarının elektrik stansiyasına daxil edilməsi ilə obyekt nüvə stansiyasına çevrildi.

Obyekt 1200 meqavat gücündə 4 reaktordan ibarətdir. Akkuyu Atom Elektrik Stansiyasının 2026-cı ildə tam şəkildə fəaliyyətə başlaması planlaşdırılır.

Elektrik stansiyası tam fəaliyyətə başladıqda ildə təxminən 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edə biləcək. Akkuyu Atom Elektrik Stansiyası Türkiyenin enerji istehlakının 10 faizini ödәyәcәk.

Ancaq Akkuyu Atom Elektrik Stansiyası Türkiye üçün ilk olsa da, yeganə nüvə obyekti olmayacaq. Qısa müddətdə biri Sinopda, digəri isә Trakiyada iki yeni nüvə obyektinin təməlinin qoyulması planlaşdırılır.

Qeyd etməliyik ki, Atom Elektrik Stansiyaları istixana qazı buraxmır. Bu səbəbdən qlobal miqyasda nüvə reaktorlarının sayını artırılması ilә istixana qazı emissiyalarının hər il cəmi 17 faiz azaldılması planlaşdırılır.

Atom elektrik stansiyalarının quraşdırılması 1970-ci illərin əvvəllərində neft böhranı ilə sürətlənmişdi. Neft və digər karbohidrogen ehtiyatlarına malik olmayan ölkələr bu resurslardan asılılığını azaltmaq və enerji təchizatı təhlükəsizliyini təmin etmək üçün atom elektrik stansiyalarına üz tutublar.

Hazırda 32 ölkədə 441 nüvə reaktoru, 17 ölkədə isə 53 nüvə reaktoru tikilir. Atom elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi dünya elektrik enerjisinin təxminən 10%-nə bərabərdir.

Fransanın elektrik enerjisinə tələbatının 70%-dən çoxu, Ukraynanın 51%-i, İsveçin təxminən 30%-i, Belçikanın təxminən 40%-i, Avropa İttifaqının 26%-i, Cənubi Koreyanın təxminən 30%-i və ABŞ-ın 20%-i nüvə enerjisi ilə ödənir.

Dünyada Atom Elektrik Stansiyalarının quraşdırılmış nüvə elektrik enerjisinə görə ABŞ birinci yerdәdir. Yeri gәlmişkәn qeyd etmәliyik ki,  Fransa, Çin , Yaponiya və Rusiya da ABŞ-dan sonra quraşdırılmış nüvə elektrik enerjisinə görə lider mövqedədirlәr.

Adambaşına düşən atom elektrik stansiyasının quraşdırılmış gücünə görə Fransa birinci, İsveç isə ikinci yerdədir.

Bəs nüvə enerjisi mövzusunda lider mövqedə olan ölkələrdə  nə qədər reaktor var, vә bu yolla nə qədər nüvə enerjisi istehsal edilir?.

ABŞ

ABŞ quraşdırılmış nüvə elektrik enerjisinə görə liderdir. Ölkədəki 92 aktiv reaktor elektrik enerjisinə olan tələbatın 20 faizini ödəyir.

Hazırda ABŞ-da iki reaktorun tikintisi davam edir.

Ölkədə modul tipli nüvə reaktorlarının intensiv araşdırmaları aparılır  və bu istiqamətdə investisiyalar yatırılır.

Son zamanlar ölkənin köhnə istilik elektrik stansiyalarının əvəzinə nüvə obyektlərinin yaradılması istiqamətində araşdırmalar aparılır.

Fransa

Fransa elektrik enerjisi istehsalının 70 faizini ölkədəki 56 nüvə reaktoru vasitəsilə ödəyir.

Fransanın EDF enerji şirkəti  qış aylarında daha çox reaktorun fəaliyyətə keçməsini  təmin etmək üçün texniki xidmət proseslərini sürətləndirdi.

Prezident Emmanuel Makron qalıq yanacaqlardan asılılıqdan qurtulmaq üçün 14 yeni nüvə reaktorunun tikintisi ilә bağlı planı açıqladı.

Ölkə həmçinin mini modul nüvə reaktoru (SMR) texnologiyalarına sərmayə qoymaq qərarına gəlib.

Çin

Çin elektrik enerjisinə ehtiyacının 5 faizini 54 aktiv nüvə reaktoru ilә ödәyir.

Hazırda ölkədə 22 reaktor tikilir. Çin daha 38 reaktorun tikilməsi ilə bağlı planı təsdiqləyib.

Çin 2025-ci ilə qədər hər il 6-8 nüvə reaktoru tikməyi və 2030-cu ilə qədər bu sahədə dünyada ən çox gücə malik ölkəyə çevrilməyi hədəfləyir.

Aprel ayında 6 yeni reaktorun tikintisinə icazə verən Çin, bu həftə 2 atom elektrik stansiyasında 4 yeni reaktorun tikintisini də təsdiqləyib.

Almaniya

Almaniya nüvə stansiyalarının istifadəsini mərhələli şəkildə dayandırmağı planlaşdırırdı.

Lakin Rusiyanın Ukraynada başlatdığı müharibədən sonra hökumət Rusiyadan gələn qazın kəsiləcəyi ehtimalına qarşı hazırlıq görməyə başladı.

Ötən il ölkə ümumi elektrik enerjisi istehsalının 12 faizini 6 nüvə reaktoru vasitəsilə təmin etdi.

Almaniya bu qış elektrik enerjisi istehsalında yarana biləcək boşluğu aradan qaldırmaq üçün təcili tədbirlər görüb.

Bu çərçivədə ölkə Bavariyadakı Isar 2 və BadenVürtemberqdəki Neckarwestheim 2 adlı iki atom elektrik stansiyasını lәğv etmәmәyә qərar verdi.

Böyük Britaniya

Böyük Britaniyada hazırda  9 nüvə reaktoru fəaliyyət göstərir. Bu reaktorlar Britaniyanın elektrik enerjisinə olan tələbatının 15 faizini ödəyir.

Enerji böhranı ilə Böyük Britaniya 30 milyard funt sterlinq dəyərində atom elektrik stansiyası layihəsini təsdiqlədi.

Belçika

Belçikadakı 2 atom elektrik stansiyasında 7 reaktor işləyir. Nüvə reaktorlarının istehsal etdiyi elektrik enerjisi ölkənin enerji tələbatının təxminən yarısını ödəyir.

Enerji böhranı səbəbindən Belçikada daha əvvəl 2025-ci ildə bağlanması planlaşdırılan 2 atom elektrik stansiyasının işləmə müddəti 10 il uzadılıb.

Hollandiya

Hazırda Hollandiyada fəaliyyət göstərən bir reaktor var. Ölkə daha iki yeni reaktorun tikilməsi üçün investisiya yatırıb.

Polşa

Polşa 6 nüvə reaktoru ilə bağlı tikintinin aparılması üçün araşdırmalara başlayıb.

Hindistan

Hindistanda 22 nüvə reaktoru var. Bu reaktorlar Hindistanın elektrik enerjisinə olan tələbatının 3 faizini ödəyir. Ölkədə 8 reaktorun tikintisi davam edir. Hindistan 10 il ərzində nüvə enerjisindən elektrik enerjisi istehsalını üç dəfə artırmaq istəyir və 12 yeni reaktor tikməyi planlaşdırır.

Yaponiya

Hazırda Yaponiyada 33 nüvə reaktoru fəaliyyət göstərir. Ölkədə 7 aktiv reaktordan əlavə daha 9 reaktorun işə salınması qərara alınıb. Beləliklə, ölkə elektrik enerjisinə olan tələbatının 10 faizini nüvə enerjisi vəsitəsilə təmin edəcək.

Cənubi Koreya

Cənubi Koreyada elektrik enerjisi istehsalının 28 faizi atom elektrik stansiyaları vasitəsilə  təmin edilir. Ölkədə 25 aktiv reaktor olduğu halda, 3 reaktorun tikintisi davam edir. Ölkə 2030-cu ilə qədər 10 atom elektrik stansiyası tikməyi planlaşdırır. Beləliklə, elektrik enerjisi istehsalında nüvə enerjisinin payı 30 faizə yüksələcək.

Hətta neft və təbii qazla zəngin ölkələr də elektrik enerjisi istehsal etmək üçün nüvə enerjisindən istifadə edirlər. Hazırda dünyada 54 nüvə reaktorunun tikintisi davam edir. Tikintisi davam edən nüvə reaktorlarından 11-i Çində, 7-si Hindistanda, 4-ü isə Rusiyadadır. Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərində 4, Cənubi Koreyada 4, ABŞ-da 2 və Fransada 1 nüvə reaktoru tikilir.



Әlaqәli Xәbәrlәr