Türkiye-İran əlaqələri və Rəisinin Türkiye səfəri

Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın direktoru professor Murat Yeşiltaşın yazısını təqdim edirik.

2093549
Türkiye-İran əlaqələri və Rəisinin Türkiye səfəri

Türkiye-İran əlaqələri və Rəisinin Türkiye səfəri

İran Prezidenti İbrahim Rəisi 2024-cü il yanvarın 24-də nazirlər və yüksək səviyyəli bürokratlardan ibarət geniş tərkibli heyətlə Türkiyeyə səfər etdi. Ankara-Tehran münasibətlərinin ənənəvi rəqabət və əməkdaşlıq arasında olduğu və regional məsələlərin daha da təxirə salına bilməyəcəyi bir vaxtda baş tutan bu səfər iki ölkənin problem və imkanların ortaq sahələrində dialoqa açıq olduğunu göstərir. İbrahim Rəisinin səfəri əslində 2023-cü ilin ilk aylarında elan edildi və sonradan ən azı üç dəfə təxirə salındı. Sonuncu təxirə salınma Kirmandakı terror aktı ilə bağlı oldu. Lakin bu hücumdan çox keçmədən Rəisinin Ankaraya gəlməsi İran tərəfinin səfərə verdiyi əhəmiyyəti göstərir.

Təbii ki, hər iki tərəfin bir çox məsələlərdə fikir ayrılığı olsa da, bir çox məsələlərdə də ümumi maraqlarının olduğu bizə məlumdur. Bu cür səfərlər ümumi münasibət və yanaşmaları mümkün qədər artırmaq və fərqləri idarə oluna bilən səviyyəyə endirmək məqsədi daşıyır. Səfər öncəsi İran mətbuatında Türkiyeyə yönəlik tənqidləri tarazlaşdırmaq üçün dövlət mediasında müsbət təhlillərin yer alması və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Türkiyedən bir qəzetdə çox konstruktiv və müsbət məqalələr qələmə alması, yenə İran tərəfinin səfərin  gözlənilən funksiyasına dair atdığı addımları əks etdirir.

Türkiye-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasının keçirildiyi bu səfərdə iqtisadiyyat baxımından mühüm mövzuların müzakirə edildiyini söyləmək olar. Görünən odur ki, xüsusilə ticarətin həcmini artırmaq üçün enerji, sərhəd bölgələrində ticarət, gömrük qanunvericiliyi və qarşılıqlı investisiya kimi məsələlər müzakirə olundu. Türkiye tərəfdən xəzinə və maliyyə naziri Mehmet Şimşək, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və Mərkəzi Bankın sədri Hafize Qaye Erkanın iştirakı danışıqların iqtisadiyyat baxımından əhəmiyyətini göstərir.

Bundan əlavə, regional məsələlərin, Cənubi Qafqaz, Fələstin, Suriya, İraq, Yəmən və Şərqi Aralıq dənizini əhatə edən şəkildə müzakirə olunduğu məlum olur. Yenə Türkiye tərəfdən xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikaya, milli müdafiə naziri Yaşar Gülər ​​və MİT-in rəhbəri İbrahim Kalının iştirakı regional siyasət və təhlükəsizliklə bağlı məsələlərin müzakirə edildiyini göstərir. Bu məsələlər arasında hər iki ölkəni narahat edən ən mühüm mövzunun ortaq təhlükə olan terror məsələsi olduğu görünür. Prezident Rəcəb Tayyib Ərdoğan “PKK/PYD/YPG və PJAK-a qarşı İranla əməkdaşlığımızı gücləndirməyin vacibliyinə toxunduq”deyə açıqlama verdi. İran prezidenti Rəisi isə bəyan edib ki, terror regiondan kənarda qüvvələr tərəfindən qidalanır və istifadə olunur. Bu məqamda bölgədənkənar güclərin təsirlərini məhdudlaşdırmaq üçün regional ölkələrin birgə hərəkət etməsinin vacibliyi ortaya çıxır.
Səfərin konkret nəticəsi olaraq iki ölkə arasında müxtəlif sahələrdə 10 saziş imzalandı. Ticarət, nəqliyyat, rabitə, mədəniyyət, sənaye, texnologiya, təhlükəsizlik və enerji kimi bir çox sahələri əhatə edən bu sazişlər tərəflərin müvafiq yüksək səviyyəli idarələrinin rəsmiləri tərəfindən imzalandı. 30 milyard dollarlıq ticarət həcmi hədəfi yenidən vurğulandı. Qonşu ölkənin Prezidenti Rəisi “Türkiyə ile uzun illərdir yaxşı münasibətlərimiz var və bundan sonra bu əlaqələri daha yüksək səviyyələrə çatdırmaq istəyirik” deyərək, əməkdaşlığa açıq olduqlarını bildirdi. Prezident Ərdoğan da eyni şəkildə, “Qonşumuz İranla qarşılıqlı etimad və ortaq maraqlar əsasında əlaqələrimizi dərinləşdirməyə əhəmiyyət veririk” deyərək mehriban qonşuluq münasibətlərini vurğuladı. Görünür, səfər son dərəcə müsbət atmosferdə keçdi. Bölgənin çox çətin vəziyyətdə olduğu bu dövrdə sabitlik, sülh və təhlükəsizliyin vurğulanması tarixi məsuliyyət əsasında əsasən vurğulanmalı idi.



Әlaqәli Xәbәrlәr