Boğazın ən gözəl rayonlarından Kandilli

İstanbuldayıq və Boğazın ən gözəl rayonlarını gəzməyə davam edirik.

2080651
Boğazın ən gözəl rayonlarından Kandilli

Dənizi və yeni yerləri kəşf etmək istəyənlər "Gezgin" adlanan qayığımıza xoş gəlmisiniz. İstanbuldayıq və Boğazın ən gözəl rayonlarını gəzməyə davam edirik. Bu gün dəniz kənarındakı möhtəşəm malikanələri və ağaclarla örtülmüş yaşıl təpələri ilə məşhur olan Kandilliyə gedirik.

Boğaziçi güclü axıntıları ilə tanınır. Bu axıntılara ən çox diqqət yetirilməli yer Kandillidir. Çünki Boğazdakı axıntı Kandillidən etibarən ikiqat, bəzən daha çox artır. Buna görə də Kandilli dənizçilər tərəfindən Boğazın ən kritik dönüş nöqtəsi olaraq tanınır. Sahil boyu yerləşən malikanələri seyr edərək gəzintimizə başlayırıq.

İstanbulun Anadolu hissəsində yerləşən Kandilli tarixin izlərini daşıyan tikililəri və möhtəşəm mənzərəsi ilə yerli və xarici turistlərin diqqətini çəlb edir. Kandilliyə doğru irəlilədikcə ilk görəcəyimiz malikanə Kıbrıslı villasıdır. Bu, Boğazın ən uzun fasadı olan binadır. Yaşıllıqlarla örtülmüş sahil iqamətgahı iyirmi bir otaqdan və üç əsas hissədən ibarətdir. Pyer Loti və Fransa imperatoru Yevgeniya villanın məşhur qonaqları arasındadır.

Bir az irəlilədikcə Əbud Əfəndi malikanəsi ilə qarşılaşırıq. Hal-hazırda "Gezgin" adlı qayığımızla səyahət etmək imtiyazını yaşayırsınız, çünki bu malikanə yalnız dənizdən görünür. Bu malikanə keçən əsrdən bəri Boğazda nadir tikililərdən biridir. Unikal memarlığı ilə insanları özünə valeh edir. Və onun yanında başqa bir zərif sahil malikanəsi var. Rəngi ​​və memarlığı ilə diqqət çəkən bu malikanə Qraf Leon Ostroroq malikanəsidir. Bir vaxtlar Osmanlı sarayında müşaviri olmuş Polşa qrafının adını daşıyan sahildəki malikanə Kandillidəki ən təsirli sahil malikanələrindən biridir.

Yavaş-yavaş Kandilli körpüsünə yaxınlaşırıq. "Gezgin" adlı qayığımızı körpüdə lövbərləyək və Kandillini gəzməyə başlayaq.

Kandilli məscidi bizi körpünün düz yanında qarşılayır. Kənardan kifayət qədər sadə görünən bu məscid böyük pəncərələri və çini bəzəkləri ilə diqqət çəkir. Buradan sahil boyu Edip Əfəndi malikanəsinə tərəf gedirik. Villa biraz əvvəl sizə dediyimiz Boğaziçi axıntısının ən sürətli olduğu yerlərdən birində yerləşir. Gördüyünüz kimi bu bina dənizin kənarında deyil, dənizin içindədir. İllər ərzində bir neçə dəfə bərpa olunan Edip Əfəndi Köşkü Boğazın möhtəşəm mənzərəsinə malikdir.

İndi isə Osmanlı şahzadələrindən Adilə Sultanın yay sarayına doğru addımlayaq. Adilə Sultan Osmanlı sülaləsinin yeganə qadın şairi kimi tanınır. Boğaza bənzərsiz mənzərəsi olan bu təsirli saray bir vaxtlar qızlar liseyi kimi istifadə olunub. Saray incə və zövqlü bəzəkləri, hündür tavanları və qızıl yarpaqlı zəngin bəzəkləri ilə bir dövrün bütün möhtəşəmliyini ortaya qoyur.

Buyurun arxa küçələrə gedək və Kandillini bir az daha yaxından tanımağa başlayaq.Çünki Kandilli təkcə dənizkənarı malikanələri ilə deyil, arxa küçələrdəki malikanələri və evləri ilə də məşhurdur. Osmanlı memarlığını əks etdirən köhnə tikililər ziyarətçiləri dərhal başqa bir zamana aparır. Boğaza açılan bu küçədəki bütün evlər mühafizə altındadır. Əgər yorulmamısınızsa, gəlin bir az daha hündürlüyə qalxaq. Siz gözəl binaların fotolarını çəkərkən sizə Kandilli adı ilə eyniləşdirilən Rəsədxanadan danışım. Kandilli Rəsədxanası Boğaziçi Universitetinə bağlı zəlzələ tədqiqat institutudur. Türkiye zəlzələ aktivliyi yüksək olan bir ölkə olduğu üçün zəlzələ ilə bağlı araşdırma və tədqiqatlar çox vacibdir. Qəndilli Rəsədxanası zəlzələlərə görə qabaqcıl qurumlardan biridir. Rəsədxana Osmanlı dövründə Beyoğluda meteorologiya müşahidələri üçün istifadə edilib. Böyük İstanbul zəlzələsindən sonra burada zəlzələ araşdırmaları aparılmağa başlanıb. Rəsədxana daha sonra Kandilliyə köçürülüb.

Bu gün də vaxt çox tez keçdi. Bilmirəm mənimlə razılaşarsınızmı, amma İstanbulu gəzərkən zaman başqa bir sürətlə axır. Keçmişlə bu günün iç-içə olduğu, hər rayonda ayrı bir hekayənin ortaya çıxdığı İstanbul gəzib-deməklə, danışmaqla bitməz. 



Әlaqәli Xәbәrlәr