Faringit üçün təbii müalicə üsulları (mətin və audio)

Bu gün sizə “Faringit üçün təbii müalicə üsulları”ndan danışırıq, mətni doktor Mehmet Uçar hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir

2073385
Faringit üçün təbii müalicə üsulları (mətin və audio)

Faringit üçün təbii müalicələr

 

  Faringit nədir? - Faringit ağız və burun boşluqlarının arxasındakı farenks bölgəsinin iltihabıdır. Boğaz ağrısı olaraq da bilinən faringit boğazda qaşınma və udma çətinliyinə səbəb olur.

  Faringitin təsirini azaltmaq üçün

  • Əlləri müntəzəm təmiz yumaq,
  • öskürərkən və ya asqırarkən ağız və burnu örtmək,
  • yoluxucu viral və ya bakterial infeksiyaları olan insanlarla təmasdan uzaq olmaq,
  • siqaret çəkməmək və ya tüstüsünə məruz qalmamaq,
  • tozlu yerlərdə və çirkli havada olmamaq,
  • çox isti və ya çox soyuq qidalar qəbul etməmək,
  • iş və yaşayış yerlərini mümkün qədər havalandırmaq,
  • kimyəvi qıcıqlandırıcılardan uzaq olmaq lazımdır.

Faringit üçün nələr faydalıdır?

  Gün ərzində bol maye içmək, ilıq duzlu su ilə qarqara etmək, toyuq suyu kimi şorbalar içmək və dincəlmək faringit üçün faydalı olan təbii üsullardır.

• Faringit üçün çobanyastığı, nanə, zefir, ekinezya, cökə və biyan kökü kimi bitki çaylarının içilməsi məsləhətdir.

• Bol su içərək boğaz quruluğu azaldılmalıdır.

• İlıq duzlu su ilə qarqara etmək lazımdır.

• Bal qəbul edərək boğaz qıcıqlanmasını azaltmaq mümkündür.

• Gecələr boğaz quruya biləcəyi üçün vaxtaşırı ilıq su içmək tövsiyyə olunur.

• Toyuq şorbası içmək boğazı sakitləşdirir.

• İstirahət etmək yaxşı gəlir.

Faringit üçün təbii müalicə tövsiyələri hansılardır?

1. Ekineziya və adaçayı boğaz ağrısını və qaşıntını aradan qaldırır. Adaçayı antibakterial və antiseptikdir. Ekinezya isə immuniteti gücləndirən təsirə malikdir. İkisi ilə də qarqara edə, adaçayını isə çay kimi də içmək olar.

  Adaçayı qarqarasının hazırlanması belədir. 1 stəkan qaynar su üzərinə ya 1 çay qaşığı təzə adaçayı, ya 1 paket kisə adaçayı və ya 4-5 qram qurudulmuş adaçayı əlavə edin. Qarışıq 10 dəqiqə aşağı istilikdə dəmlənir. İsti qarışıq soyuduqdan sonra gündə 2-3 dəfə qarqara etmək mümkündür. Hazırlanmış bu qarışıq 24 saat ərzində qəbul edilməlidir.

  Çiy sarımsaq. Boğaz ağrısı üçün sarımsağı qəbul etməyin ən yaxşı yolu onu çiy çeynəmək və ya bir dilim götürüb 15 dəqiqə sovurmaqdır. Çiy sarımsağı rəndələyib bal və ya zeytun yağı da əlavə etmək mümkündür ki, udmağı asanlaşdırsın.

  Başqa bir yol 1 çay qaşığı sarımsağı rəndələməkdir. Bir stəkan qaynar suya sürtgəcdən keçirilmiş sarımsaq və yarım çay qaşığı darçın əlavə edib qarışığa 1 xörək qaşığı limon əlavə etmək və qazın üzərndə 2 dəqiqə qəmləmək lazımdır. Qarışıq süzülərək gündə iki dəfə içilə bilər.

  Nanə çayı içmək. Bir çox faydası olan nanə çeynədikdə faringitə yaxşı gəlir. Nanə boğaz ağrısını sakitləşdirə və quru öskürəyi aradan qaldıra bilir. Nanəni dəmləyib çay kimi də içmək olar.

  Alma sirkəsi qəbul etmək. Faringitin müalicəsində alma sirkəsindən istifadə belədir: 1 xörək qaşığı üzvi alma sirkəsini bir stəkan ilıq suya tökün. Qarışığa əlavə bir qaşıq bal əlavə edin və gündə 1-2 dəfə için. Bundan əlavə, alma sirkəsi ilə boğazı qarqara etmək bakteriyaları öldürdüyü üçün faringitin müalicəsində təsirli rol oynayır.

  Zəncəfil. 1 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zəncəfil 1 stəkan isti suda təxminən 5 dəqiqə dəmlənir. Süzülən qarışıq stəkana tökülür, üzərinə bir neçə damcı limon və bir çay qaşığı bal əlavə edilir.

  Sarıköklə gündə iki dəfə qarqara edildikdə faringitin müalicəsində ciddi nəticə verir. Bununçün bir stəkan isti və ya ilıq suya yarım çay qaşığı sarıkök tozu və 1 xörək qaşığı duz əlavə etmək yetər. Heç bir qaynama və ya dəmləmə prosesinə ehtiyac yoxdur. Qarışıq gündə 2-3 dəfə içilə bilər.

  Bal. 1 xörək qaşığı bal və 1 xörək qaşığı üzvi alma sirkəsi qarışdırılaraq hazırlanan qarışığı hər 4 saatdan bir hazırlayıb istifadə etmək olar.

  Duzlu su ilə qarqara. 2 stəkan ilıq suya 3 çay qaşığı duz əlavə edib qarışdırın. Qarışıq ağızda qarqara edildikdən sonra tüpürülür. Bu prosedur gündə bir neçə dəfə 3-5 gün ərzində edilməlidir.



Әlaqәli Xәbәrlәr