İmmunitet sistemini gücləndirən qidalar

Bu gün sizə “İmmunitet sistemini gücləndirən qidalar”dan danışırıq, mətni doktor Mehmet Uçar hazırlayıb.

2062887
İmmunitet sistemini gücləndirən qidalar

İmmunitet sistemini gücləndirən qidalar

Soyuq hava şəraitinin özünü daha da hiss etdirdiyi qış mövsümündə soyuqdəymə, qrip kimi yuxarı tənəffüs yolları xəstəliklərinin görülmə halları artır. Buna görə də immunitet sistemini gücləndirən qidaları süfrəmizdən əskik etməməliyik.

1. Portağal

Portağal, tərkibindəki C və A vitaminləri sayəsində qışda immunitet sistemini dəstəkləyən ən əhəmiyyətli qidalardan biridir. Ancaq portağal suyu yerinə portağalın özünü istehlak etməyə diqqət edin. Bu həm lif, həm də şəkər qəbulu baxımından daha yaxşı seçimdir.

2. İspanaq

Tərkibindəki vitaminlər sayəsində ispanaq hüceyrələrimizi qoruyur və immun sistemimizin zəifləməsinin qarşısını alır. Xüsusilə C vitamini A vitamininin istifadəsini artırır. Güclü immunitet sistemi üçün həftədə iki dəfə ispanaq yeməyə diqqət edin. Ancaq A vitamininin təsirli olması üçün ispanağı qaynadıb deyil, yağ əlavə edilərək hazırlanmış tərəvəz yeməyi kimi istehlak edin.

3. Balıq

Balıq protein, həm də yaxşı bir selen və sink mənbəyidir. Xəstəliyə səbəb olan birləşmələrin bədəndən çıxarılmasına kömək edən omega 3 ən çox qızılbalıq, skumbriya və tuna balıqlarında olur. Həftədə 2-3 dəfə balıq yeməyə üstünlük verin.

4. Cəfəri

Cəfəri orqanizmi infeksiyalardan qoruyan C vitamini ilə zəngin qidadır. Cəfərinin bədəndəki şişin çəkilməsində də təsiri var.

5. Yumurta

Yumurtanın ağı proteinlə zəngin qidadır. Sarısı həm dəmir, həm də yaxşı antioksidant olan A vitamini ehtiva edir.

6. Badam-Qoz

Badam və qozda antioksidan xüsusiyyətlərə malik E vitamini var. Bu xüsusiyyətləri sayəsində immunitetin qorunmasında mühüm rol oynayırlar. İmmunitet sisteminizi gücləndirmək üçün hər gün 2 dənv qoz və ya 10 çiy badam yemək faydalıdır.

7. Qatıq

Hər gün 1 kasa qatıq yeməlisiniz. İçdiyiniz süd miqdarından asılı olaraq istehlakı daha 1 stəkan artıra bilərsiniz.

İmmunitet sistemini gücləndirməyin yolları

• Yuxu rejiminizə diqqət etməlisiniz.

• Oturaq həyat tərzindən uzaq durmalı və mütəmadi olaraq idmanla məşğul olmalısınız.

• Bol maye qəbul etməlisiniz.

• Həddindən artıq stressdən imtina etməli və ya stresin idarə olunması üçün lazım gələrsə, mütəxəssis köməyinə müraciət etməlisiniz.

• İdeal çəki saxlamaq və ya ona çatmaq vacibdir.

• Alkoqol və siqaret kimi zərərli vərdişlərdən uzaq durmaq lazımdır.

• Əl və ağız gigiyenası nəzərə alınmalıdır.

• Balanslı və kifayət qədər qidalanma qaydalarına əməl edilməlidir. Hər bir qida lazımi miqdarda və balanslaşdırılmış şəkildə istehlak edilməlidir.

İmmuniteti gücləndirən çaylar

Bədəndə immunitet fəaliyyətlərinə müsbət təsir göstərən bitki mənşəli qidalardan faydalanmağın ən asan yollarından biri də çaydır.

Yaşıl çay: Yaşıl çayın tərkibində immunitet sistemini dəstəkləyən aktiv maddə var.

Zəncəfil çayı: Zəncəfilin immunitet sisteminə müsbət təsirləri çoxdur.

Adaçayı: Adaçayı xüsusilə soyuqdan əziyyət çəkən insanlarda boğaz ağrısını aradan qaldırmağa kömək edə bilər. Adaçayı tərkibindəki iltihabı azaldan birləşmələr badamcıqlarda və boğazda şişlik, qızartı və ağrı şikayətlərinin yaxşılaşmasına kömək edir.

İmmuniteti dəstəkləyən əlavələr

Vitamin C: Gündəlik həyat fəaliyyəti və qidalanma vərdişləri nəticəsində gündəlik C vitamini ehtiyacı qarşılanmaya bilər. Tərkibində C vitamini olan əlavələr bu ehtiyacı ödəməyə kömək edə bilər.

D vitamini: D vitamininin aşağı səviyyədə olması tez-tez infeksiyalar üçün risk faktorudur. Xüsusilə qış aylarında və kifayət qədər günəş işığından yararlana bilməyən insanlarda müşahidə edilən bu vitamin çatışmazlığı əlavələr sayəsində həll edilə bilən bir problemdir.

Vitamin B6: Vitamin B6 immun reaksiyalarında rol oynayan mühüm bir maddədir. Elmi araşdırmalar göstərir ki, B6 vitamini çatışmazlığı nəticəsində immunitet sistemi zəifləyə bilər.

Qara ağcaqayın: Sambucus nigra adlı qara ağcaqayın bitkisindən əldə edilən ekstrakt immunitet sistemini dəstəkləyir. Bundan əlavə, soyuqdəymə və qrip kimi tənəffüs xəstəliklərinin simptomlarını aradan qaldırmağa kömək edir.

Reişi göbələyi: Ənənəvi təbabətdə qədim tarixə malik olan bu göbələk ağciyər xəstəlikləri və digər infeksiyalarda istifadə edilən bitkidir.

Hansı qidalardan uzaq durmalıyıq?

Güclü immunitet sistemi üçün aşağıdakı qidalardan mümkün qədər uzaq durmaq və ya az miqdarda istehlak etmək də vacibdir.

• Tərkibində rafinə olunmamış şəkər olan qidalar,

• Trans yağlar (qızardılmış qidalar, fast food, hazır tortlar və s.),

• İşlənmiş qablaşdırılmış qidalar (şokolad və çips kimi qablaşdırılmış qəlyanaltılar),

• İşlənmiş ətlər (salam, kolbasa və s.)

• Tərkibində qlüten olan qidalar (buğda unu, pidə, lavaş, çörək)



Әlaqәli Xәbәrlәr