Qlüten həssaslığına qarşı məsləhətlər (mətin və audio)

Bu gün sizə “Qlüten həssaslığına qarşı məsləhətlər”dən danışırıq, mətni doktor Mehmet Uçar hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir

2057533
Qlüten həssaslığına qarşı məsləhətlər (mətin və audio)

Qlüten həssaslığı nədir və nə etmək lazımdır?

 

  Qlüten buğda, arpa və çovdar da daxil olmaqla bir çox taxıl bitkilərində olan protein növüdür.

  Qlüten həssaslığı nədir? Bağırsaq florasının ciddi şəkildə zədələndiyi hallarda bağırsaq mukozasının keçiriciliyinin zədələnməsi səbəbindən qlütenə qarşı həssaslıq yarana bilir. Bağırsaqlar tərkibində qlüten olan məhsulları həzm etməkdə çətinlik çəkir. Bu, müvəqqəti qida həssaslığı olan çölyak və müvəqqəti bəslənmə həssalığı cədvəli olan qlüten həssaslığı xəstəliklərində baş verir. “Qlüten həssaslığı” bağırsaq florasını dəstəkləməklə, qidalanmanı tənzimləməklə və nəzarət edilən pəhrizlə müalicə edilə bilən bir xəstəlikdir.

  Qlüten həssaslığı bərpa olunana qədər qlüten pəhrizinə riayət etmək kifayət olsa da, çölyak xəstəliyində insan ömür boyu qlütensiz pəhrizə davam etməlidir.

  Qlütensiz pəhriz yeyilən yeməklər içində heç qlüten olmayan bir pəhrizdir. Bu, heç də asan görünməyən bir yanaşmadır. Əgər insanın çölyak xəstəliyi və ya qlüten həssaslığı nəticəsində şikayətləri çoxalırsa, bu ciddi pəhrizə uyğunlaşması bir o qədər asan olur.

  Qlüten buğda, arpa, çovdar, yulaf və bu taxılların unundan əldə edilən bütün qidalarda (çörək, tort, xəmir, bulka, paxlava, biskvit və xəmir məmulatları), arpa və irmikdə olur.

  Qlütensiz pəhrizə riayət edənlər nə yeməlidir? - Taxıllar arasında düyü, qarğıdalı, qarabaşaq yarması, kartof, quinoa, bu taxılların unu və onlardan hazırlanan məhsullar. Bu gün qlütensiz taxıl unlarının mövcudluğu çölyak xəstələrinin həyatını asanlaşdırıb. Əgər adamın çölyak xəstəliyi varsa və qlüten pəhrizi ömür boyu davam edəcəksə, pəhrizini sıxıcılıqdan uzaqlaşdırmaq üçün taxıl unundan hazırlanan məhsulları seçə bilər.

   Qlütensiz pəhrizdə sərbəst qidalar bunlardır:

• İçkilərdən qəhvə, çay, ayran, itburnu, cökə,

• süd və məhsullarından qatılaşdırılmış və ya pasterizə olunmuş süd, tozu, qatıq, kremlər,

• təzə ət, balıq, quş əti və dəniz məhsulları,

• ağ, çedar, pasterizə edilmiş, qaymaqlı və bütün yaşlı pendirlər,

• kartof, düyü və digər nişastalı qidalar,

• taxıl bitkilərindən qarğıdalı və onlardan hazırlanmış məhsullar,

• qarabaşaq çörəkləri,

• unlardan qarğıdalı, qarabaşaq, kinoa, kartof, düyü, soya, fındıq, qoz, lobya, mərcimək unları və onların bütün nişastaları,

• bütün tərəvəzlər, lobyalar, mərciməklər və s. paxlalılar,

• bütün meyvələr və bütün təzə meyvə şirələri,

• yağlardan kərə, zeytun, fındıq, fıstıq və s. yağlar,

• ev şəraitində və un qatqısı olmayan bütün şorbalar,

• bal, mürəbbə, konfet, şokolad, pudinq və s. unsuz desertlər,

• duz, istiot, nanə, zəncəfil, darçın, soda, quru xardal, zeytun yağı, qırmızı bibər, pomidor püresi.

  Qlütensiz pəhrizdə icazə verilməyən qidalar:

• İçkilər: qatqısız qəhvələr, tərkibində qlüten olan bəzi bitki çayları;

• Süd: kommersiya şokoladlı süd, mənşəyi məlum olmayan kremlər;

• Ət, balıq, quş: tərkibində un olan inqrediyentlərlə hazırlanmış ət, balıq, quş əti və s;

• Pendir: tərkibində taxıl məhsulları olan pendir;

• Kartof və digər nişastalı qidalar: bütün makaron növləri, əriştə;

• Taxıllar: buğda, arpa, çovdar, yulaf, kəpək, bulqur, darı;

• Çörəklər: ağ çörək, tam buğda, arpa, çovdar, yulaf, darı və bulqur unlarından olan bütün çörəklər;

• Unlar: buğda, unu, çovdar, yulaf və darı unları;

• Tərəvəzlər: tərkibində qlüten olan inqrediyentlərlə hazırlanmış tərəvəzlər;

• Meyvələr: bəzi kommersiya məqsədli konsentratlaşdırılmış meyvələr və şirələri, un əlavələri ilə qurudulmuş bəzi meyvələr.

• Yağlar: bəzi ticari salat yağları;

• Şorbalar: tərxana, əriştə, mal baş-ayağı və tərkibində un olan hər cür hazır şorba;

• Şirniyyatr: paxlava, rəvani, un halvası, tulumba, şöbiyyət və s.

• Digər: tomat, ketçup, qara turp, maya.

  Tərkibində qlüten ola bilən və ona görə də diqqətli olmaq lazım olan qidalar:

• Ətirli və ədviyyat qarışıqları,

• nişastalı qidalar,

• tərkibində bitki mənşəli protein olan qidalar,

• kolbasa, sosıska kimi məhsullar,

• souslar,

• balıq məhsulları,

• • hazır yeməklər,

• konservləşdirilmiş qidalar,

• şirniyyat və desertlər.



Әlaqәli Xәbәrlәr