Yaxın Şərqdə münaqişə maştabının xətləri (mətin və audio)

Mövzu ilə bağlı Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun yazısını təqdim edirik, mətni oxuyur Sevda Mirzə

2056467
Yaxın Şərqdə münaqişə maştabının xətləri (mətin və audio)

İsrail-Fələstin savaşı və xarici müdaxilələr

 

  “Həmas”ın İzzəddin əl-Qəssam hərbi birləşmələri və Fələstinin digər müqavimət qüvvələrinin oktyabrın 7-də gözlənilməz əməliyyata keçməsi və İsraili hədəf alması ilə böyük bir qarşıdurma başladı. İsrail şokdan çıxar-çıxmaz Qəzza zolağını güclü şəkildə bombalamaqla qisas almağa keçdi.

  Qəzzada böyük humanitar faciə yaşanarkən İsrail qurudan hücuma hazırlaşır. İsrailin hərəkət kursu fələstinliləri Qəzzadan deportasiya etmək istədiyini göstərir. O biri tərəfdən də “Hizbullah”ın Livan xəttində müharibəyə qarışması regional münaqişə masştabının xətlərini çəkir.  

  Hörmətli dinləyicilər, mövzu ilə bağlı Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.  

  Oktyabrın 7-də səhər sübhdən “Həmas”a bağlı müqavimət təşkilatı İzzəddin əl-Qəssam və digər fələstinli qruplar İsrailə qarşı hərbi əməliyyata başladılar. Qısa müddətdə İsrailin Qəzza ətrafında yerləşən hərbi bazaları ələ keçirildi, müqavimət qruplarının istifadə etdiyi yeni hərbi texnika, taktika və doktrinalar İsraili şoka saldı. İsrail ordusu cavab verməyə macal tapmamış fələstinlilər qısa müddətdə Qəzzadan az qala 2-3 dəfə böyük bir ərazini ələ keçirə bilmişdilər. Eyni zamanda, İsrailin işğal etdiyi torpaqlarda qurduğu yaşayış məntəqələri də hədəfə alınmış və çoxlu sakin öldürülmüşdü. Fələstinlilər 250-yə yaxın əsgər və mühaciri əsir götürərək Qəzzaya apardılar. Bütün bunlarla eyni vaxtda İsrailə raket yağışı yağdırılırdı.

  İsrail böyük bir sarsıntı yaşadı: Qəzza ətrafındakı hərbi hissələrinin ləğvi və vətəndaşlarının əsir götürülməsi onlarda uzun müddətdir yaşamadıqları bir qorxu xofu yaratdı. ABŞ heç gecikmədən hərbi yardım bəyanatları verdi və hava körpüsü yaratdı. Əks hücuma keçən İsrail ordusu yaşayış məntəqələrini geri aldı, Qəzzaya ağır hava zərbələri endirməyə başladı. İsrail onillərdir onsuz da blokadada olan Qəzzaya su, qida və elektrik enerjisinin verilməsinin qarşısını alaraq kollektiv cəzalandırma yoluna keçdi.

  Quru hücumuna keçəcəyini elan etsə də, İsrail artıq Qəzzanın infrastrukturu və üst quruluşunu yerlə-yeksan edib. Bu yazıya qədər Qəzzada 5 mindən çox adam öldürülüb ki, onların böyük əksəriyyəti uşaq və qadınlardır.

  İsrail Qəzzanı yaşamaq üçün yararsız hala salaraq fələstinliləri Sinay yarımadasına sürgün etmək istəyir. “Həmas”ın Qəssam hərbi birlikləri də quru işğalına hazırlaşır. Qəzzanın altı yüzlərlə kilometr tunellərlə təchiz olunub və asimmetrik bir qüvvə küçə döyüşlərini gözləyir.

  Hadisələr Qəzzanın oxu ətrafında baş verir, amma Livanın da sərhədi çox istiləşib. Oktyabrın 7-dən sərhəd xəttində İsrail və “Hizbullah” arasında toqquşmalar gedir. Genişmiqyaslı müharibəyə çevrilməsə də, qarşıdurmalar hər iki tərəfi tələf etməkdə və toqquşmalar getdikcə artmaqdadır.

  İrana bağlı müqavimət qanadının bir hissəsi olan “Hizbullah” İsrailin qurudan hücuma keçəcəyi təqdirdə müharibədə tam iştirak edəcəklərilə hədələdiyincə İrana bağlı digər qüvvələr İraq və Suriyadakı ABŞ hərbi bazalarını vurmağa başladılar.

  İsrail Qəzzanı amansızcasına vurur. Qurudan hücum müharibənin regional miqyasını dəyişə bilər. Bir yandan da Birləşmiş Ştatların bölgədə hərbi güclənməsi diqqət çəkir. Kritdən Şimali Kiprə qədər ABŞ böyük müharibəyə hazırlaşır. Qərb ölkələrinin həddindən artıq dəstəyilə İsrail daha da aqressivləşir və onlar Yaxın Şərqi fəlakətə sürükləyir. ABŞ ilə Qərb dövlətləri İsrail tərəfindən öz maraqlarını manipulyasiya edir və vəziyyət artıq heç kimə fayda verməyəcək bir həddə gəlir.

  Türkiyə bu çıxılmaz dairəni yarmaq üçün ilk gündən atəşkəs və siyasi həll təklifilə çıxış edir. Prezident Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzada törətdiyi qırğınlara qarşı həm sərt münasibətini ortaya qoyur, həm də haqlı həll yolu üçün mübarizə aparır. O, qarant ölkə olmaq istəyir. Əks halda, hamının zərər görəcəyi münaqişə spiralından çıxmağın mümkün olmayacağını vurğulayır. Ərdoğan müstəviyə atəşkəs, israilli və fələstinli əsirlərin azad edilməsi, Qəzzada blokadanın aradan qaldırılması, Türkiyə hərbçiləri də daxil olmaqla sülhməramlı qüvvələrin Qəzzaya göndərilməsi, böyük beynəlxalq konfransın təşkili kimi konkret təkliflər qoyur.  



Әlaqәli Xәbәrlәr