''Gig iqtisadiyyatı'' nədir?

Pandemiya dövründə geniş vüsət alan ''Gig iqtisadiyyatı'' bu gün də sürətlə  inkişaf etməyə davam edir.

2055884
''Gig iqtisadiyyatı'' nədir?

''Gig iqtisadiyyatı'' nədir?

Pandemiya dövründə geniş vüsət alan ''Gig iqtisadiyyatı'' bu gün də sürətlə  inkişaf etməyə davam edir.

Frilanserlərə imkanlar təqdim edən gig iqtisadiyyatının mənfi cəhətləri də var.

''Həyatın maraqlı anları'' proqramının bu günkü hissəsində "Gig iqtisadiyyatı" haqqında danışacağıq.

Texnalogiyanın sürətli inkişafı ''Gig'' deyilən çalışma modelini də özü ilə gətirdi.

Xüsusilə pandemiya dövründə sürətlə inkişaf edən Gig iqtisadiyyatı qloballaşan dünyada böyüməyə davam etdiyi üçün demək olar ki, hər yaşda olan insanlara sabit və ya əlavə gəlir əldə etməyə imkan verir.

Frilans iş imkanı təqdim edən bu modelin həm müsbət, həm də mənfi cəhətləri var.

Bəs gündən-günə inkişaf etməyə davam edən bu iqtisadi model tam olaraq nədir?

''Gig iqtisadiyyatı''nın üstünlükləri vә mənfi cəhətləri nələrdir?

''Gig'' musiqi sənayəsindən bir termindir və ''qısamüddətli iş'' deməkdir.

İqtisadi mənada isə işçilər üçün müvəqqəti iş və ya məşğulluq iqtisadiyyatı olaraq adlandırılır. Xüsusilə pandemiya dövründə işçilərin diqqətini cəlb edən gig iqtisadiyyatı günümüzdə də sürətlə inkişaf etməyə davam edir.

Frilans iş imkanı təqdim edən bu modelin həm müsbət, həm də mənfi cəhətləri var.

Həmkarlar ittifaqı hüququndan məhrum edilmiş və ya daimi gəliri olmayan işçilər üçün işəgötürənlə təkbaşına məşğul olmaq təhlükəli proses kimi görünə bilər.

Amma digər tərəfdən bu, həm də fürsət kimi görünür. Frilans iş modeli işçinin yeni iş imkanı ilə maraqlanmasına, xüsusilə rəqəmsal platformalarda özünə yeni iş tapmaq imkanı verən  bir iqtisadiyyat modeli olaraq qiymətləndirilə bilər.

Ən mühüm amil qənaətdir.

Xüsusilə böyük şirkətlər artan tələbləri qarşılamaq və vaxta qənaət etmək üçün gig iqtisadiyyatından qidalanan frilans  iş modelinə istiqamətlənməyə davam edir.

Bir işçini işə götürəndə və onun tam iş günü maaşını ödədikdə, onların xərcləri ilə birlikdə yüksək xərcləri də olur. Ancaq onu gündəlik və ya aylıq 5 saat işlətdikdə, bu, daha ucuza başa gəlir. Hal-hazırda şirkətlərin öz daxilində daim işləyən, eləcə də onların və müştərilərinin bəzi ehtiyaclarını frilanserlərdən təmin edən komandaları var.



Әlaqәli Xәbәrlәr