Cənub-Şərqi Anadolu Bölgəsində yeni noxud növünün yetişdiyini bilirsinizmi?

Cənub-Şərqi Anadolu Bölgəsi dünyada əkinçiliklə məşğul olan ilk bölgələrdən biridir.

2035683
Cənub-Şərqi Anadolu Bölgəsində yeni noxud növünün yetişdiyini bilirsinizmi?

Cənub-Şərqi Anadolu Bölgəsində yeni noxud növünün yetişdiyini bilirsinizmi?

Cənub-Şərqi Anadolu Bölgəsi dünyada əkinçiliklə məşğul olan ilk bölgələrdən biridir. Aralıq Dənizi Universiteti tərəfindən aparılan araşdırmalarda Cənub-Şərqi Anadolu Bölgəsində yüksək temperatura və quraqlığa davamlı bir noxud növü tapıldı. Ürək formalı dənələri ilə diqqət çəkən bu noxud növü Cümhuriyyətin 100 illiyi şərəfinə Tur-cicum adlandırılıb.

Yeni kəşf edilən növ haqqında bitki elmləri sahəsində dünyanın ən mühüm jurnallarından biri olan ''Frontiers in Plant Science''da məqalə dərc edilib. Beynəlxalq ədəbiyyata endemik növ kimi daxil olan yeni noxud növü xaricdə noxud üzərində araşdırma aparan elm adamlarının diqqətini çəkib.

Yeni kəşf edilən Turcicum növü xüsusilə yüksək temperatura və quraqlığa davamlılığı ilə diqqət çəkir. Araşdırmalar nəticəsində bu növün bəzi zərərli həşəratlara qarşı 100 faiz davamlı olduğu müəyyən edilib. O, hətta kifayət qədər yüksək temperaturda da böyüyə və susuzluğa tab gətirə bilər. Qlobal istiləşmə problemi ilə üz-üzə olan  dünyamızda bu yeni növ noxudun kənd təsərrüfatı istehsalı üçün əhəmiyyəti günü-gündən artır.



Әlaqәli Xәbәrlәr