Şabalıdın Anadolu meyvəsi olduğunu bilirsinizmi?

Anadolu şabalıdın vətənidir. Dünyada on altı şabalıd növü var, lakin günümüzdə şabalıdın ən yayğın növünün vətəni Anadoludur.

2001621
Şabalıdın Anadolu meyvəsi olduğunu bilirsinizmi?

Anadolu şabalıdın vətənidir. Dünyada on altı şabalıd növü var, lakin günümüzdə şabalıdın ən yayğın növünün vətəni Anadoludur.

Müxtəlif mənbələrə görə, dünyada şabalıd yetişdirilməsinin 6000 il əvvəl başladığı təxmin edilir. Şabalıd mədəniyyətinin Anadoluda yayıldığı  e.ə. V əsrdə isə Yunanıstana, oradan da İtaliyaya aparıldığına dair tarixi qeydlər var. Şabalıda tarixdə ilk dəfə Lidiya sivilizasiyası dövründə rast gəlinib. Ancaq qədim zamanlarda bu meyvə uzun müddət Lidiya alması adlandırılıb. O dövrlərdə ən keyfiyyətli şabalıd Lidiya sivilizasiyasının mərkəzi olan Manisanın Salihli qəsəbəsində yetişdirilirdi. Şabalıd yüksək nişasta nisbəti ilə buğda kimi doyurucu qida mənbəyi idi. Bu səbəbdən, xüsusilə Qərbi Anadoluda qədim Yunan koloniyalarının ən əhəmiyyətli qidalarından birinə çevrilmişdir. Yunanlar şabalıdı Anadoludan götürüb indiki Yunanıstanda yetişdirməyə çalışıblar. Uzun səylərdən sonra Tesaliya yarımadasının Kastaniya bölgəsində şabalıd yetişdirməyə nail olublar. Beləliklə, şabalıd Avropa da da tanınmağa başlayıb.

Yunanlardan sonra romalılar şabalıdı Kastaniya bölgəsindən götürdükləri üçün o vaxta qədər Lidiya alması kimi tanınan bu meyvəni “kastaniya” adlandırıblar.

Roma, Bizans və Osmanlı saray mətbəxlərində şabalıdın xüsusi yeri vardı. Bu gün türk süfrələrinin xüsusi yeməklərindən biri olan şabalıdlı plov Fateh Sultan Mehmet dövründə Osmanlı sarayında şabalıdlı bulqur plovu kimi hazırlanırdı.

Günümüzdə  şabalıd unundan çörək, peçenye və biskvitlər hazırlanır. Nişasta baxımından çox zəngin olan şabalıd minerallarla da çox zəngindir. C, E və B vitaminləri ilə yanaşı, fosfor, maqnezium, kükürd və kalsium kimi digər minerallara da malikdir.



Әlaqәli Xәbәrlәr