Qaraciyər yağlanmasının qarşısını almaq üçün təbii yollar

Bu gün sizə qaraciyərin yağlanmasının qarşısını almağın təbii yollarından danışırıq, mətni doktor Mehmet Uçar hazırlayıb, mən Sevda Mirzə oxuyub təqdim edirəm

2000714
Qaraciyər yağlanmasının qarşısını almaq üçün təbii yollar

Qaraciyər yağlanmasına qarşı məsləhətlər

 

  Qeyri-sağlam yemək vərdişləri, hərəkətsizlik, piylənmə, şəkərli diabet, spirtli içkilərdən istifadə, qalxanabənzər vəzinin az fəaliyyət göstərməsi kimi səbəblərdən qaraciyər yağlanması problemi getdikcə daha çox yayılmaqdadır.

  Qaraciyərdə yığılan artıq piylər qaraciyər sirrozundan tutmuş ürəyə qədər bir çox ciddi xəstəliklərə zəmin hazırlayır. Təhlükələrin qarşısını almaq üçün nə etmək lazımdır?

Qidalanmaya diqqət etmək lazımdır. Daim yemək, “fast food”, kommersiya çörək məhsulları və şirniyyatdan imtina etmək qaraciyərin yağlanma nisbətini azaldır. Təzə tərəvəz, meyvə, ağ ət və lifli qidaların gündəlik istehlakı son dərəcə vacibdir. Xüsusilə, qaraciyərdən zəhərli maddələrin atılmasına kömək etdiyi üçün ənginarları mövsümündə yemək çox faydalıdır. Soğan, kələm və brokoli də qaraciyərə dəstək verir.

  Çox kök olanlar bədən çəkisinin ən az 10 %-ni azaltmaqla qaraciyəri dirçəldər.

  Təbii yağ, balıq və tərəvəzdən ibarət “Dəniz pəhrizi”, az qırmızı ətli ənənəvi pəhriz etmək çox faydalıdır. Qalmış qidaları məhdudlaşdırmaq, şəkərli içkilərdən uzaq olmaq, çoxlu tərəvəz, kəpəkli taxıl, çiy qoz-fındıq və tum kimi yüksək lifli qidaları artırmaq lazımdır.

• “Omeqa-3” yağ turşuları. Zeytun yağı istifadə etmək, həftədə 2-3 dəfə somon (Qızıl balıq) və sardina kimi yağlı balıqlar yemək qaraciyərə xeyirdir. “Omega-3” əlavələrinin qəbulu qaraciyər yağının xolesterol səviyyəsini azalda bilir.

Alkol qaraciyərə ən çox zərər verən sulardan biridir. Spirtli içkilər nəticəsində orqanizmdə toplanan zəhərli maddələr qaraciyərin şişməsinə, sirroza və həyat itkisinə səbəb ola biləcək digər xəstəliklərə gətirib-çıxarır.

Nizamlı şəkildə idman etmək məsləhətdir. Hər gün ən azı 30 dəqiqə edilən idman və məşqlər qan dövranını artırır, insulin müqavimətini və qarın boşluğunda yığılan yağ kütləsini azaldır. Bu səbəbdən gündəlik həyat vərdişlərinə nizamlı şəkildə idman və sürətli yeriş əlavə edilməlidir.

Həkim müayinəsi şərtdir. Şəkərli diabeti olan, qalxanabənzər vəzisi az fəaliyyət göstərən və yüksək xolesterolu olan xəstələrin 6 aylıq fasilələrlə həkim müayinəsindən keçmələri vacibdir. Bu xəstəliklərin müalicəsi yağlı qaraciyərin ömrünü uzadır.

Gündə bir fincan qəhvə məsləhətdir. Kofeinin qaraciyər yağlanmasına faydalı olduğu elmi araşdırmalarla sübut edilib. Bu, onun antiinflamatuar təsiri və ya qaraciyərdə yağ yığılmasının qarşısını alması ilə əlaqədardır. Hər gün bir fincan qəhvə içənlərin qaraciyər yağlanması içməyənlərə nisbətən daha az olur.

Şeytanqanqalı (süd qığılcımları) qəbul etmək faydalıdır. Qaraciyər problemləri üçün ənənəvi bir vasitə olan bu bitki qaraciyərin toksinləri atmasına yardım edən fermentləri artıra bilir. Amma hər hansı bir bitki növünü qəbul etməyə başlamazdan əvvəl onun mövcud dərmanlarla hər hansı qarşılıqlı əlaqəsinin olub-olmadığı və təhlükəsiz qəbulu barədə həkimdən məsləhət almaq doğrudur.

Antioksidant C və E vitaminləri qəbul etmək qaraciyəri sağlamlaşdırır.

• Əlavə şəkərdən çəkinmək lazımdır.

• Qaraciyəri qıcıqlandıran kimyəvi sənaye maddələri, bəzi dərmanlar və hətta bir sıra qidalar toksinlərə məruz qoyaraq qaraciyərin funksiyasını zəiflədə və qaraciyər yağlanmasına səbəb ola bilir. Zəhərli maddələrdən uzaq durmaqla yanaşı "detoks" pəhrizinin köməyi ilə bədən sistemindən toksinləri çıxarmaq lazımdır.

Üzvi alma sirkəsi qaraciyərdə həddindən artıq yağ yığılmasını azaldır və arıqlamağa səbəb olur. O, həmçinin qaraciyəri, funksiyalarını qoruyucu xüsusiyyətlərə malikdir. İlıq suya 1 çay qaşığı alma sirkəsi əlavə edib gündə iki dəfə içmək məsləhətdir. • Bir stəkan suya yarım limon sıxıb bir neçə həftə gündə 2 dəfə içmək lazımdır. Bu, qaraciyərdə yığılan piylərin azalmasına kömək və zamanla qaraciyər yağlılığını təbii şəkildə müalicə edir.

•      Yaşıl çay qaraciyərin fəaliyyətini yaxşılaşdırır, bədəndə xolesterinin səviyyəsini azaldır və qaraciyərdə artıq yağların yığılmasını məhdudlaşdırır. Gündə 2 stəkan yaşıl çay qəbul etməkdə fayda var.

Sarıkök bədəndə yağların həzmini yaxşılaşdırır və onların qaraciyərdə yığılmasını dayandırır. 1 stəkan südə 1 çay qaşığı sarıkök əlavə edib hər gün içmək olar.

Qovunağacı və ya papayya meyvəsi qaraciyər xəstələri üçün çox faydalıdır. Onun toxumları və pulpası pəhriz yağlarının qaraciyərdə yığılmasının qarşısını alır. Qovunağacının üyüdülmüş toxumlarını su ilə qarışdırıb hər gün içmək və ya bir dilim papaya meyvəsi yemək qaraciyərə dəstəkdir.

Şəkər qamışı suyunun gündəlik qəbulu qaraciyərin fəaliyyətini yaxşılaşdırmağa və müxtəlif qaraciyər xəstəliklərinin qarşısını almağa kömək edir.

 



Әlaqәli Xәbәrlәr