Üzümün ilk dəfə Anadolu coğrafiyasında yetişdiyini bilirsinizmi?

Üzüm tarixin ən qədim meyvələrindən biridir.

1997740
Üzümün ilk dəfə Anadolu coğrafiyasında yetişdiyini bilirsinizmi?

Üzümün ilk dəfə Anadolu coğrafiyasında yetişdiyini bilirsinizmi?

Üzüm tarixin ən qədim meyvələrindən biridir. Vətəni Anadoludur... Üzümçülük üçün ən uyğun iqlim və torpaq şəraitinə malik olan Anadoluda insanlar təxminən altı min ildir üzümçülüklə məşğuldur. Hititlər dövründən etibarən Anadoluda üzüm yetişdirilir.

Ankarada Anadolu Sivilizasiyaları Muzeyində sərgilənən şərab qabı Anadolu bölgəsində indiyədək aşkar edilən ən qədim şərab qabdır. Şərab qabının  eramızdan əvvəl 3000-ci ilə aid olduğu bildirilir. Fars dilində  üzüm mənasını gələn ''Engürü'' sözü Ankara üçün istifadə edilən köhnə adlardan biridir. Ankara və ətrafı tarix boyu ən əhəmiyyətli üzümçülük bölgələrindən biri olduğu üçün ''Engürü'' adı uzun müddət istifadə edilmişdir.

Türkiyenin hər bölgəsində çox sayda üzüm növləri yetişdirilsə də, üzümün paytaxtı deyə biləcəyimiz şəhər Egey bölgəsindədir. Manisanın Alaşehir qəsəbəsi. Alaşehirdə yetişdirilən çəyirdəksiz üzüm sortu çox məşhurdur. Osmanlıda şahzadələrin böyüdüyü şəhər olan Manisada yetişdirilən bu üzüm dadı, ətri və forması ilə “sultanlara layiq” sayıldığı üçün “Sultaniye” adlandırılıb. Sultaniye üzümləri təzə və qurudulmuş halda başda Avropa olmaqla 122 ölkəyə ixrac edilir.

Beyin sağlamlığından həzm sisteminə, dəri sağlamlığından xərçəngə qədər bir çox xəstəliyin müalicəsində istifadə edilən üzümün qurudulmuş formasının da sağlamlıq baxımından çox faydaları var. Kişmişin tərkibindəki bor mineralları beyin funksiyalarını artırır və konsentrasiyanı gücləndirir. Üzüm həmçinin sümük və sinir toxumaları ilə əzələləri gücləndirən və ürək döyüntüsünü tənzimləyən maqnezium mineralı ilə də çox zəngindir. Tərkibində qan əmələ gəlməsi üçün vacib olan dəmir mineralı da var. Həmçinin, tərkibindəki kalium sinir sisteminin və ürəyin nizamlı işləməsinə kömək edir. Bir sözlə, dörd fəsildə tapıb yeyə biləcəyiniz kişmişin faydaları saymaqla bitmir.



Әlaqәli Xәbәrlәr