Kızılırmak və Yeşilırmak deltaları

Anadolunun ortasında möhtəşəm bir çay axır. Bu çay adını çay yatağının qırmızı rəngindən götürən Kızılırmak çayıdır.

1996287
Kızılırmak və Yeşilırmak deltaları
Kızılırmak Deltası.jpg
Kızılırmak Deltası kuş cenneti (Samsun).jpg

Kapitanın səyahət dəftəri-15

Anadolunun ortasında möhtəşəm bir çay axır. Bu çay adını çay yatağının qırmızı rəngindən götürən Kızılırmak çayıdır. Kızılırmak Türkiyedən başlayan və bu torpaqlardan dənizə tökülən çayların ən uzunudur. Kızılırmak çox uzun bir yol qət edərək Samsunda dənizə çatır, keçdiyi torpaqlara həyat verir. Bu gün səyahət qayığımız Türkiyenin Qara dəniz sahilində Samsun şəhərində gəzərkən, Kızılırmaka üz tutacağıq. Çünki sahildən uzaqlaşdığımız zaman Kızılırmakın yaratdığı fərqli bir dünyanı sizə göstərmək istəyirik. Dənizdən uzaqlaşacağıq, amma yenə suyun içində olacağıq.

İnsanlar antik dövrdən başlayaraq Kızılırmak və onun ətrafında məskunlaşıblar. Dünya sivilizasiya tarixində iz qoymuş bir çox sivilizasiyalar Kızılırmak çayının həyat verdiyi bu hövzədə yaşayıb. Həmin sivilizasiyalardan biri olan xetlər bu çaya “Qırmızı” və “çay” kəlmələrinin mənasına uyğun bir ad veriblər. Bu çayın türkcə adı xetlərdə olduğu kimi eyni iki sözdən düzəlib. Kızılırmak üzərində bəndlər tikilənə qədər coşğu ilə, yatağına sığmayan və çətin bir çaydır; müharibələrə, sülhə, dövlət sərhədlərinin müəyyənləşdirilməsinə şahidlik edib... Kızılırmak ətrafında aparılan arxeoloji qazıntılar zamanı çoxlu kurqan və yaşayış məskəni qalıqları aşkar edilib. Bu möhtəşəm çay müxtəlif sivilizasiyalara və müxtəlif dövrlərə aid qaya məzarları, qalaları və körpüləri ilə qədim zamanların izlərini bu günə gətirib çıxarır.

Sivilizasiyalar suyun kənarında qurulur, lakin o sular və su kənarları biz insanlardan əvvəl başqa canlıların yaşayış yerinə çevrilir. Kızılırmak çox geniş bir əraziyə yayılmış hövzəsi ilə minlərlə canlıya ev sahibliyi edir. Sahəsi 78 min kvadrat kilometr olan bu hövzə Serbiyaya bərabərdir. Hazırda Türkiyenin ən əhəmiyyətli təbii sistemlərindən biri olan və bu hövzəyə daxil olan Kızılırmak deltasına gedəcəyik. Delta Kızılırmakın on min illərlə gil, qum və torpağı dənizə daşıması nəticəsində əmələ gəlir. Quş Cənnəti olaraq da tanınmış deltada qamışlıq, bataqlıq ərazilər, çoxlu irili-xırdalı göllər və su basmış meşələr (longoz) kimi müxtəlif sahələr var. Deltanın ən diqqət çəkən formalarından biri göllər və dəniz arasında yerləşən qum təpələridir. Qum təpələri sahil boyu zolaqlar şəklində uzanır və hündürlüyü təxminən 3 mərtəbəli binaya bərabərdir. Bu ərazilərin hər bir-birində fərqli canlı növləri yaşayır. Bu ərazidə yaşayan və əhəmiyyət kəsb edən canlılar quşlardır. Çünki Kızılırmak deltasındakı Quş Cənnəti Türkiye quşlarının təxminən 75%-nin çoxalma və məskunlaşdığı ərazidir. Bu ərazi bəzi quşların daimi məskənidir, bəziləri isə yüzlərlə kilometr uçaraq buraya gəlirlər. Delta dünyanın ən əhəmiyyətli sulaq ərazilərindən biridir və bütün dünyada su quşları üçün üç köç marşrutundan biridir. Bəziləri burada dincəlib yoluna davam edir, bəziləri isə burada yuva qurub kürkə yatır. Bu xüsusiyyətlərinə görə Kızılırmak deltası YUNESKO-nun müvəqqəti Dünya Mədəniyyət İrsi Siyahısına daxil edilmişdir. İndi gəlin Kızılırmak Quş Cənnətinin mərkəzinə tərəf irəliləyəyin və rəngarəng lələkləri və uzun dimdiyi olan müxtəlif quşları müşahidə edək, bəziləri göl kənarında ovlayır, bəziləri kolun üstündə oturur.

Sulaq sahələr biomüxtəlifliyinə görə yer üzündəki ən mühüm ekosistemlərdən biridir. Bundan əlavə, sel sularını saxlayaraq, daşqınlara nəzarət edir, iqlimə müsbət təsir edir, balıqçılıq, kənd təsərrüfatı, turizm kimi sahələrdə ölkə iqtisadiyyatına ciddi töhfə verir. İndi "Gəzgin" qayığımıza minəyin və Samsunda başqa bir mühüm sulaq sahəyə doğru yola düşək. Kızılırmak deltası qədər əhəmiyyətli bir yer olan Yeşilırmak deltasına gedirik. Delta Türkiyənin ən əhəmiyyətli çaylarından biri olan Yeşilırmak çayının dənizlə qovuşduğu yerdə yerləşir. Yeşilırmak deltasında dəniz, göl, qamış, qum və su basmış meşələr kimi müxtəlif yaşayış yerləri var. Ona görə də Türkiyenin mühüm bioloji zənginlik sahələrindən birini təşkil edir.

Yeşilırmak deltasında foto safari, trekkinq, velosiped turu, idman balıq ovu və ya quşları və canlı təbiəti təbii yaşayış yerlərində müşahidə edə bilərsiniz.



Әlaqәli Xәbәrlәr