Yason burnu və "Qızıl dəri" əfsanəsi

Antik dövrdə Qara dəniz daim dumanlı, fırtınalı və dalğalı idi

1987671
Yason burnu və "Qızıl dəri" əfsanəsi

Kapitanın səyahət dəftəri-12

 

Bu gün səma buludlarla örtülüb, hava boz, dəniz qaraya yaxın tünd göy rəngdədir. Külək yoxdur, amma bu hava tufanın xəbər verir. Halbuki dünən hava günəşli və aydın idi. Qara dəniz belə sürprizlərlə doludur! Çox vaxt gözlənilməz. Antik dövrdə Qara dəniz daim dumanlı, fırtınalı və dalğalı idi. Üstəlik, qəfil fırtınada sığınacaq adalar və limanlar yox idi. Gəmiqayırma texnikası çox inkişaf etmədiyindən, ellen dənizçiləri uzun müddət Qara dənizə getməyə cəsarət etmədilər. Onları Qara dənizə istiqamətləndirən isə bir əfsanə olbu. Bu gün biz səyahətimizdə Qızıl gön əfsanəsinin yer aldığı yerə yelkən açacağıq. "Səyyah" adlanan yelkənlimiz və sərnişinləri ilə birlikdə Ordu şəhərindəki Yason burnuna üz tutacağıq. Narahat olmayın, hava yaxşılaşanda yola çıxacağıq. O vaxta qədər, Qızıl gön əfsanəsini dinləmək istəyərsiniz deyilmi?

Antik dövrdə ellenlər Egey və Aralıq dənizi sahilləri boyunca yerləşən şəhərlərdə koloniyalar qurdular. Qara dənizin cənubunda, yəni Anadolunun şimalında da qəsəbələr qurmaq istədilər. Çünki bu bölgə iqlimi, təbii gözəllikləri və faydalı qazıntıları ilə zəngindir və bu səbəblərdən ellinlərin marağında olur. Dildən-dilə yayılan söz-söhbətə görə, Qara dənizin çaylarından qızıl axır! Həmçinin, güc və sərvət rəmzi olan Qızıl gön bu bölgədəki Kolxida diyarındadır. Bu iki mif Aralıq dənizinin təcrübəli və qorxmaz dənizçilərini cəlb edir.

Şahzadə Yason (İason) atasını öldürən əmisindən krallığını geri almaq istəyir. Bunun yeganə yolu Yasonun uzaq diyarlarda olan Qızıl gönü ələ keçirməsidir. Bu gön sayəsində sərvət də, güc də onun olacaq. Qara dənizin şiddətli və nəhəng dalğalarına tab gətirmək üçün sehrli palıd ağaclarından gəmi qayrılır və “Arqo” adı qoyulur. Arqo ilə dənizə çıxılacaq, Yasonun topladığı qorxmaz və təcrübəli dənizçilərə “Arqonavt” da deyilir. Bu dənizçilər arasında güc tanrısı Herakl (Herkules) var. Və Yasonun rəhbərliyi altında arqonavtlar yelkən açdılar. Əfsanənin davamında Yason od püskürən öküzlərə, əjdahalara, ox kimi lələk atan quşlara qarşı döyüşür və Qızıl gönü ələ keçirir.

Kolxida kimi tanınan bölgə dəmir, gümüş və qızıl mədənləri ilə zəngindir. Yerli əhali dağlardan axan çayların daşıdığı qızıl hissəciklərini qoyun dərisindən istifadə edərək toplayır. Qızıl hissəcikləri dərinin xəzinə yapışdığı üçün onları toplamaq daha asandır. Antik dövrün aparıcı coğrafiyaşünası Strabon Qızıl dəri ya da gön əfsanəsi üçün belə bir izahat verir. Başqa sözlə, Strabon deyir ki, Qızıl dəri mifoloji və əfsanəvi faktlarla bəzədilsə də, gerçək ola bilər. Bu fikir dövrümüzün arxeoloqları tərəfindən də müdafiə olunur. Ellenlərin Qara dənizdə həyata keçirdikləri ticarət səfərləri kimi hesab olunur.

Ehtimal olunur ki, bu səfərlər zamanı arqonavtlar Qızıl dəri axtarışında bir çox yerdə quruya çıxdılar. Hazırda gedəcəyimizi dediyimiz Yason burnu da o yerlərdən biridir. Artıq hava şəraiti yaxşıdır, biz indi Ordu şəhərinin Yason burnuna tərəf gedə bilərik. Yason burnunun adının kapitan Yasonun şərəfinə adlandırıldığı güman edilir. Yason burnu təbii gözəlliyi, əfsanəsi və arxeoloji dəyərləri ilə diqqəti cəlb edir.. Hazırda qorunan bir yerdir. Sahilə yaxınlaşdığınız zaman gördüyünüz bu tikililər mayak və Yason kilsəsidir. Mayak Yason burnunun dənizə doğru uzandığı yerdə yerləşir. Qayıqdan düşməmiş bu qeyri-adi gözəl mənzərənin şəkillərini çəkin, çünki dənizdə olduğunuz zaman fərqli görünür! Gəlin qayıqdan düşüb sahilə çıxaq.

Günəş batmazdan əvvəl kiçik bir sürpriz yaşayacağınız çimərliyi yaxından görmənizi istəyirəm. Bəli, düz görürsünüz, çimərlik qumdan və ya çınqıldan deyil, balıqqulaqlarından ibarətdir. Çünki Qara dənizin şiddətli dalğaları milyonlarla balıqqulağını mayakın yerləşdiyi sahillərə aparır. Hər biri təbiətin mükəmməlliyini göstərən balıqqulağını qoyub indilik keçək sahildəki o biri tikiliyə. Bölgədə yaşayan rumlar və gürcülər tərəfindən tikilmiş Yason kilsəsi olduqca sadədir. Kəsmə daşdan tikilmiş kilsənin içərisində heç bir bəzək və divar rəsmləri yoxdur.

Narıncı, çəhrayı və al qırmızı rənglər səmanı bürüyərkən, günəş dənizin içinə girib yox olur. Necə də möhtəşəm mənzərədir, elə deyilmi? Yason burnunda günəş dənizin içindən doğur və dənizdə batır! Buna görə də yerli əhali onu “günəşin üzdüyü yer” adlandırır. Başqa möhtəşəm yerlərdə görüşmək diləyilə yelkənliyə minib düşməyin vaxtıdır.



Әlaqәli Xәbәrlәr