Türkiyedə biosfer qoruq statusuna malik ərazinin olduğunu bilirsinizmi?

Məlumata görə, Türkiyenin Artvin vilayətinin Borçka rayonunda yerləşən Maçaxel UNESKO-nun Biosfer Qoruqlarının Dünya Şəbəkəsinə daxil edilib.

1971713
Türkiyedə biosfer qoruq statusuna malik ərazinin olduğunu bilirsinizmi?

Türkiyedə biosfer qoruq statusuna malik ərazinin olduğunu bilirsinizmi?

Biosfer qoruqları insan və təbiət arasında ekoloji, iqtisadi, mədəni və sosial baxımdan tarazlaşdırılmış və davamlı əlaqələrin qurulduğu yerüstü və ya sahilyanı ekosistemlərə malik ərazilər olaraq adlandırılır.

Məlumata görə, Türkiyenin Artvin vilayətinin Borçka rayonunda yerləşən Maçaxel UNESKO-nun Biosfer Qoruqlarının Dünya Şəbəkəsinə daxil edilib. Qeyd etməliyik ki, Biosfer Qoruqlarının Dünya Şəbəkəsinə bu günədək 714 biosfer quruğu statusuna malik ərazi daxil edilib.

Bu bölgə təbii meşələri, endemik bitkiləri, tarixi məscidləri,  Qafqaz arısı və özünəməxsus mədəniyyəti, toxunulmamış yaylaları ilə füsunkar gözəlliyə malikdir.

3450 metr yüksəkliyə malik Karçal dağlarının yamaclarında, 3100 metr yüksəklikdə yerləşən yayla çətin yol şəraitinə baxmayaraq, fotoqrafların və təbiətsevərlərin üstünlük verdiyi yerlərdən biridir.

Bölgə 1921-ci ildə Rusiya ilə Türkiye arasında bağlanan sərhəd müqaviləsi ilə indiki şəklini almışdır. Müqaviləyə əsasən, vadidəki 18 kənddən 12-si Gürcüstan, 6-sı isə Türkiyə sərhədləri daxilində qalıb.

Camili kəndi Gürcüstanla sərhəddə yerləşir. Qış və yaz aylarında Maçaxel kəndlərindəki türk yaşayış məntəqələrinə yağan güclü qar səbəbindən getmək demək olar ki, mümkün olmur.

Bu sərt qış şəraiti səbəbindən kəndlərdə yaşanan fövqəladə hallarda yerli əhali Borçka və ya Artvinə deyil, Gürcüstana gedir. Çətin yol şəraiti səbəbindən Maçaxel yerli əhalinin dəstəyi ilə öz təbiətini, adət-ənənələrini qoruyub saxlaya bilib. UNESKO-nun qərarı ilə 2006-cı ildə Biosfer Qoruqlarının Dünya Şəbəkəsinə daxil edilən Maçaxel sakinlərinin ən mühüm gəlir mənbəyi arıçılıq və bal istehsalıdır. Hər il avqust ayında Maçaxeldə bal festivalı keçirilir.



Әlaqәli Xәbәrlәr