Şanlıurfanın tarixi ilə yanaşı əfsanələri ilə də məşhur olduğunu bilirsinizmi?

Cənub-Şərqi Anadolu bölgəsindəki Şanlıurfanın tarixi ilə yanaşı əfsanələri ilə də məşhur olduğunu bilirsinizmi?

1891822
Şanlıurfanın tarixi ilə yanaşı əfsanələri ilə də məşhur olduğunu bilirsinizmi?

Cənub-Şərqi Anadolu bölgəsindəki Şanlıurfanın tarixi ilə yanaşı əfsanələri ilə də məşhur olduğunu bilirsinizmi?

Hekayəsi, mənzərəsi, təmiz havası və memarlığı ilə ovsunlayan atmosferə malik  olan Şanlıurfa tarixi ilə yanaşı əfsanələri ilə də məşhur bir şəhərdir. Şanlıurfanın turizm mərkəzlərindən biri olan Balıqlıgölün uzunluğu 150, eni 30, dərinliyi isə təxminən 5 metrdir. İki böyük hovuzdan ibarət olan Balıqlıgöl əslində çaya bağlıdır və şəhərin içindən keçir. VI əsrə qədər buradakı dərələrdən yığılan su bu göldə toplanırdı. Həmin dövrdə baş verən selər nəticəsində  çox sayda insanın həyatını itirdiyi bildirilir.  Bizans imperatoru vəziyyətə çarə tapmaq üçün bölgəyə İstanbuldan çox sayda  mühəndis göndərir. İmperatorun göstərişi ilə mümkün daşqınlara qarşı divar hörülür və suyun yığılmaması üçün başqa kanal qazılaraq problem aradan qaldırılır.

Balıqlıgöldəki balıqlar müqəddəs hesab edilir. Rəvayətə görə, burada ovlanan balıqları yeyənlər xəstəliyə tutulur. Göldә bığlı sazan balığının bir növünün olduğu bildirilir. Bu sazan növünün  kürüsü insan sağlamlığı üçün tәhlükә yarada bilәr.

Rəvayətə görə, üç səmavi dinin əcdadı olan İbrahim peyğambər burada oda atılır. Həmin an od gölə, odunlar isə balığa çevrilir. Balıqlıgölün yerləşdiyi ərazidə İbrahim peyğambərin doğulduğu mağara da yerləşir. Bu səbəbdən də bölgəni hər il çox sayda yerli və xarici turist ziyarət edir.



Әlaqәli Xәbәrlәr