Bugünkü dünyada yumşaq gücün istifadəsi artıq bir nömrəli məsələ olub (video-müsahibə)

Fuad Muradov və Abdullah Erenlə müsahibə

1807015
Bugünkü dünyada yumşaq gücün istifadəsi artıq bir nömrəli məsələ olub (video-müsahibə)

 

Sevda Mirzə (aparıcı və müəllif): “Türkiyənin səsi” radiosunun hörmətli dinləyiciləri və TRT/Azerbaycan saytının oxucuları, bu gün “Könül coğrafiyasından Türkiyə” proqramında çox tanınmış, bütün Türk dünyasıyla bağlı, bir-birinə əkiz qardaş kimi yaxın olan türk dövlətlərindən qonaqlarımız var: Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmaları Departamentinin rəhbəri Abdullah Eren və Azərbaycan Respublikası Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, xoş gördük sizi.

  Türkiyənin ilk paytaxtı, daha dəqiq desək, Osmanlı dövlətinin ilk paytaxtı və 2022-ci ilin “Türk dünyası mədəniyyət paytaxtı” Bursadayıq. Burada İkinci Diaspora Forumu keçirildi. Gözəl bir tədbir oldu. Birincisi Bakıda təşkil edilmişdi.

  Neçə illərdir Türk dünyasıyla bağlı tədbirlər keçirilir. Bu İkinci Diaspora Forumunda tələbələrin də çox olması təqdirəlayiq idi. (Abdullah Eren`e) Ben Azerbaycan Türkçesinde konuşuyorum. Ara sıra isterseniz Türkiye Türkçesine de geçebilirim.

Abdullah Eren (Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin sədri): Yok, ben çok rahat anlıyorum.

Sevda Mirzə (aparıcı və müəllif): Teşekkür ederim. Forumda çok şeylerden konuşuldu. Sizin için yeni olan bir şeyler oldu mu sohbetlerin arasından?

Abdullah Eren (Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin sədri): Öncelikle teşekkür ediyorum ben de, bizi yayınınıza aldığınız için. Bizi takip eden, dinleyen tüm izleyicilere hayırlı günler diliyorum. Bugün Türk Devletleri Teşkilatı 2. Diaspora Forumu düzenledik. İlki 2013`te Bakü`e düzenlenmişti, ikincisini Bursa`da düzenledik, siz zaten girişte anlattınız.

  Bu forumda yeni bir şey oldu; Türk Devletleri Teşkilatının bünyesindeki ülkelerin diasporalarından gelen ve aynı sorunları yaşayan aynı hizmetleri üretmeye çalışan aynı yollardan geçmiş SKT`ların tecrübelerini dinledik. Bu, çok önemliydi. Mesela, Almanya`daki Azerbaycanlıların önde gelen temsilcilerinden biri forumdaydı, Hollandadaki Türklerden Türkiyeli bir dernek başkanı burdaydı, İtalya`dan bir Kırgız temsilci burdaydı, İsveç`ten bir Kazak temsilci burdaydı, Özbekistan`dan da bir temsilci burdaydı. Dolayısıyla hakikaten onların tecrübelerini dinlemek, onların heyecanına şahit olmak, benim için yeni bir hadiseydi.

Sevda Mirzə (aparıcı və müəllif): Çok güzel.

  Fuad bəy, siz bu işin başına keçəndən sonra demək olar ki, azərbaycanlılarla disaspora işləri dünyanın hər yerində daha fəallaşıb. Hətta haqqınızda eşitmişəm ki, “Fuad Muradov heç dayanmır”. Fəaliyyətiniz həqiqətən böyükdür, güclüdür və siz bu işin başına gəldikdən sonra sanki Türkiyədə də bu işlər – Türkiyə ilə Azərbaycan diaspora işləri daha genişlənib. Bakıda Birinci Diaspora Forumunda qoyulan məsələlər Bursadakı ikinci foruma qədər həllini tapdımı? Bu gün hansı yeni məsələlərlə qarşılaşdınız?

Fuad Muradov (Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri): Çox sağ olun, mən də salamlıyıram və təşəkkür edirəm ki, dostum Abdullah bəylə bizi verlişinizə dəvət etdiniz. Biz elə birlikdə gəlmişik iş başına.

  Türk dünyasının istiqamətləri yeni-yeni formalaşır və onların içində diaspora fəaliyyəti də var. Mən xüsusi olaraq Türkiyəyə təşəkkürümü bildirmək istəyirəm və Abdullah bəyə də. Ona görə ki, biz demək olar, hər il xüsusən Türk dünyasını birləşdirən amillər üzərində qurulan tədbirlər və layihələr həyata keçiririk. İkinci Diaspora Forumu da birincisi kimi yaddaqalan oldu. İnsanların diasporaya yanaşmasında irəliləyiş var. Eyni zamanda, Türk Dünyası Ağsaqqallar Şurasının da tədbirdə iştirakı forumu daha yüksək səviyyəyə qaldırdı, bizi qürurlandırdı və bu, tədbirdə olan gənclərimiz və tələbələrimiz üçün də yaxşı oldu.

  Xüsusi vurğulamaq istəyirəm ki, YTB-nin (Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamenti) əsas fəaliyyəti gənclərə dəstək olmaqdır. Gənclər bu cür tədbirlərin səviyyəsinə, gedişatına, müzakirə olunan mövzulara baxıb təbii ki, daha da böyük ürəklə və daha da böyük fəallıqla diaspora işinə gələrlər.

  Bizim bir istiqamətimiz də xaricdə yaşayan soydaşlarımızın inteqrasiya prosesinə dəstək olmaqdır. Burada mən inteqrasiyanı assimilyasiyadan tam ayırmaq istəyirəm. İnteqrasiya - öz kimliyini saxlamaqla cəmiyyətə, ictimaiyyətə özünü daha düzgün təqdim etmək, o ölkədəki qanunlarla yaşamaq, oradakı ənənələrlə uyğunlaşıb fəaliyyət göstərməkdir.

  Forumda iştirak edən Özbəkistan, Qırğızıstan, Qazaxıstan nümayandələri də xüsusi vurğuladılar ki, bu işi bir də könüllü olaraq aparan qüvvə var. Bu qüvvələr də o qüvvələrdir ki, onlar hər zaman türk birliyinin daha möhkəm olmasına çalışıblar. Bu yerdə Azərbaycan və Türkiyəni xüsusi qeyd etmək lazımdır. Özbəkistanın bu dəfə yüksək səviyyədə iştirakı da çox təqdirəlayiq oldu.

Sevda Mirzə (aparıcı və müəllif): - Türkmənistanın da qatılması mühüm idi.

Fuad Muradov (Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri): Bəli, Türkmənistanın da artıq bu proseslərə cəlb olunması onu göstərir ki, bizim çox yaxşı düşünülmüş yol xəritəmiz var. Biz Abdullah bəylə 2018-ci ildə bu yol xəritəsini birlikdə həyata keçirəndə xəyalımıza gəlmirdi ki, belə qısa zamanda Bursada İkinci Diaspora Forumunu təşkil edə biləcəyik. Bir çox planlar artıq reallaşıb. Mən inanıram ki, daha ciddi addımlar da atacağıq.

Sevda Mirzə (aparıcı və müəllif): Əvvəllər ayrı-ayrılıqda diasporalar var idisə, artıq bu gün onlar bir ad altında birləşə, Türk dünyası beynəlxalq mərkəzi halında toplaşa bilir. Forumda bir ümumtürk diasporasının olması fikri səsləndi. Bu da o deməkdir ki, ölkə xaricində olan bir özbək, bir qırğız artıq Azərbaycan diasporası və ya Türkiyənin hər hansı dərnəyinə yaxınlaşa, danışa bilər.

  Qeyri-hökümət təşkilatlarının da ilk dəfə olaraq belə forumda iştirakı gənclərə nümunə oldu. Həqiqətən çox mühüm hadisələrdir. Yeniliklər yeni layihələr doğurur. Biz TRT olaraq da artıq Azərbaycan Diaspora Komitəsi ilə birlikdə ortaq layihələrə başlamağı düşünürük. Çünki bütün bu işlərin bəzən başında, bəzən də yanında medianın olması əhəmiyyətlidir. Nə qədər çox iş görsəniz də, o, hiç bir yerdə görünmürsə, “zəhmətlər görünmür” deməkdir.

  Bursadan sonra növbəti forum hansı ölkə və şəhərdə olacaq?

Abdullah Eren (Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin sədri): Biz 2018`in Kasım ayında Diasporadan Sorumlu Kurum Başkanı ve Bakanlar Toplantısını Ankara`da yapmıştık. O toplantıda aldığımız iki karar vardı ki Berlin`de ve New-York`da iki etkinliği Türkiye ve Azerbaycan ortak yaptı. Kazakistan`da bir protokol imzaladık ve Kazakistan`ın Vatandaşlar Vakfı`yla bir tecrübe paylaşım programı yaptık Ankara`da. Beraber faaliyetlerimizi gerçekleştiriyoruz şuan. Bundan sonra yıne Fuat beyle bir işbirliğimiz var, inşallah Londra`da ortak bir program yapacağız tekrardan. Nisan ayında Şuşa`da büyük bir buluşma yapacak Azerbaycan. Oraya Türkiye diasporasından da katılımlar olacak.

  İnşallah sıradaki Diasporadan Sorumlu Kurum Başkanı ve Bakanlar Toplantısı Kırgızistan`da olacak. Bu toplantıda Üçüncü Diaspora Forumu ve bunun gibi etkinliklerle alakalı kararlar almayı bekliyoruz. Türk Devletleri Teşkilatı Zirvesi ise Özbekistan`da olacak. Özbekistan`ın 2019 yılında bu teşkilata üye olmasını, buraya gelmesini çok önemli görüyoruz. İlk defa Özbekistan diaspora temsilcisi en yüksek seviyede geldi bu foruma (Bursa`ya). Kırgızistan`ın da buraya gelmesi çok önemliydi. Çünkü genelde diaspora konusu Türkiye ile Azerbaycanda daha sıcak yaklaşılıyor. Diğer ülkelerde biraz daha iç mesele olarak görülebiliyor. Bu kapsamda onların da bizlerle beraber olması önemliydi. Yani bundan sonra inşallah Kırgızistan`da toplantımızı gerçekleştireceğiz. Bizlerin buluşması kadar – diaspora kurumlarının akademisyenlerin ve qayri hükumet teşkilatları - Sivil Topluluk Kuruluşu üyelerinin de bir araya gelmesi çok önemli. “Muhtemelen bizim yanısıra her etkinlikte böyle temsilcilerin olması lazım” diye ben düşünüyorum. Belki her etkinliğe bu kadar çok kişiyi götüremeyiz ama az da olsa 5 kişi, 3 kişi lazım, önemli olan onların arasındaki iletişimi kuvvetlendirmek.

Sevda Mirzə (aparıcı və müəllif): Son olarak bir konuya değinmek istiyorum. Türk dünyası sadece 7 devletten ibaret değil. Biliyorsunuz dünyanın ayrı ayrı ülkelerinde de Türk tayfaları, toplumları vardır. Onların içinde müslüman olan da var, qayri müslüm de. Mesela, Azerbaycan 10 milyondan ibaret değil, dünyada yaklaşık 50 milyon Azerbaycan Türkü vardır. Ondan başka Rusya`nın içinde Tataristan ve bir kaç Türk özerk bölgeleri vardır. Onların da diasporaya katılma şansı var mı, tam üye olmasalar bile?

Fuad Muradov (Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri): İstər diaspora istiqamətində, istərsə də Türksoy kimi mədəniyyət qurumlarımız olsun, biz daha çox regionda sülh və stabilliyin qoruyub-saxlanılması üzərində qurulan təşkilatlarıq. Buna görə bu təşkilatların prinsipləri bir-birimizə hörmət əsasında və eyni zamanda, bir-birimizin haqqını qorumaq istiqamətində işbirliyi şəklində qurulur. Müxtəlif ölkələrdən gələn QHT-lər də bizim əsas iş istiqamətimizin, fəaliyyətimizin koordinasiya şəklində həyata keçirilməsini vurğuladılar. Ona görə ki, bu gün dünyada gedən proseslərdə yumşaq gücün istifadəsi artıq bir nömrəli məsələ olub. Bu yumşaq güc də bizim diasporalarımız, bizim icmalarımızdır. Ona görə mən düşünürəm ki, Türk Dövlətləri Təşkilatının böyük bir gələcəyi var. Biz “Azərbaycan evləri” deyəndə bu o demək deyil ki, buralara təkcə Azərbaycan Cumhuriyyətindən olanlar gəlməlidir, dünyanın hər yerindən olan azərbaycanlılar da gələ bilir. Belə ki, bizim “Azərbaycan evləri”ndə güneylilər (Cənubi Azərbaycan) də olur, türkmənlər də, başqaları da. Eyni şəkildə də YTB-nin həyata keçirdiyi layihələrdə belədir. Misalçün, Gürcüstanda yaşayan azərbaycanlılar da YTB-nin proqramlarından yararlanır və biz bu istiqamətdə də birgə fəaliyyət göstəririk. Bu baxımdan bir coğrafi məkanda bir çox strateji istiqamətlər var, hansılar ki biz həyata keçiririk.

  Eyni zamanda, bugünkü dünya tələb edir ki, biz hər bir çağırışa hazır olaq. Bizim diasporalarımız bacarıqlı olmalıdır. Ona görə də Azərbaycan Diaspora ilə İş üzrə Dövlət Komitəsi ilə YTB birlikdə 2 il bundan qabaq həm təcrübələrin artırılması, həm də insanların qarşılıqlı daha çox bilik və bacarıq əldə etməsiylə bağlı xüsusi təlimlər təşkil etdik. Misalçün, son Nyu-York təlimlərində xüsusi adamlar dəvət etmişdik ki, onlar diaspora işinin qurulması, təmsiletmə, layihə işlənilməsi kimi bacarıqları öydədirdi. Bu, çox vacibdir. Mənə elə gəlir ki, biz bu işi davam etdirəcəyik.

  Danışmışıq, bizim yay məktəbi olacaq gənclər üçün, bura türk dünyasından qatılacaqlar. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının özünün də fəaliyyət planında nəzərdə tutulub ki, türk dövlətlərinin gənc diasporaçıları həmin o yay məktəbinə getsinlər. Yəni planlarımız, layihələrimiz, işlərimiz çoxdur ki, qısa zamana sığmaz.

Sevda Mirzə (aparıcı və müəllif): Həqiqətən də YTB - Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamenti artıq dünyada tanınan bir qurumdur, türk dünyasının belə çərçivəsini keçmişdir. Türkiyə təqaüdləri hesabına Türkiyədə təhsil alan gənclər öz vətənlərinə döndükdən sonra hər biri özlüyündə bir diaspora olur. YTB bu baxımdan əvəzolunmaz işlər görür. Bu gün sizin əkdiyiniz toxumlar öz bəhrəsini sabahlar daha çox göstərəcək. Belə bir müqəddəs yolda sizə uğurlar diləyirik. Çox sağ olun, söhbətə görə sizə minnətdaram.

Fuad Muradov (Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri): Çox sağ olun. Bir məqamı da vurğulamaq lazımdır ki, biz fəaliyyətimizdən danışdıq. Amma bizim fəaliyyətimiz bizim siyasi liderlərimizlə bağlıdır. Həm cənab Ərdoğan, həm cənab Əliyev hər zaman bu prosesdə çox böyük dəstək olub bizim diasporalarımıza. Bizim onlardan öyrənmək imkanlarımız çoxdur: görürük, öyrənirik və deyirik ki, bunu daha çox insanlara çatdıraq və daha çox adam görsün bu işləri.

Sevda Mirzə (aparıcı və müəllif): Ne mutlu bize ki cumhurbaşkanlarımız yalnız Azerbaycan ve Türkiye değil, dünyadaki tüm Türk devletlerini destekliyor. (Abdullah Eren`e) Siz de konuşmanızda söylediğiniz gibi, Azerbaycan ve Türkiyenin işbirliği çok güzel bir örnektir.

Abdullah Eren (Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin sədri): Öyle, muhakkak öyle. İki ülkenin işbirliği diğerlerine cesaret veriyor. Fuat beyin ifade ettiği gibi, sayın cenab prezident İlham Aliyev`le cumhurbaşkanımız sayın Recep Tayip Erdoğanın hem işbirliği hem yakın dostluğu bizlere yol gösteriyor, biz onların sağladığı bu imkanları değerlendirmeğe çalışıyoruz.

Sevda Mirzə (aparıcı və müəllif): Çok teşekkürler, sağolun.



Әlaqәli Xәbәrlәr