Yaddaşı gücləndirməyin tebii yolları
Yaddaşı gücləndirməyin tebii yolları və asan tətbiqlər.
Gün ərzində yediklərimiz və içdiklərimiz birbaşa beynimizin iş tempinə və səmərəliliyinə təsir göstərir. Xüsusi informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri hesab edilən yaddaşın inkişafına təsir göstərir. Bu səbəbdən qida çatışmazlığı və keyfiyyətsizliyi beyin funksiyalarının pozulmasına səbəb ola bilər.
Yaddaşı yaxşılaşdıran bir çox təbii vasitələr mövcuddur ki bunlardan bəzilərini belə sıralamaq olar:
• Omeqa-3
Omeqa-3 yağ turşuları, alzheimer xəstəliyi riskini azaldır, yaddaş itkisinin qarşısını alır, beynin düzgün işləməsinə kömək edər və ürək ritmini tənzimləyir. Serotonin hormonu ifrazını artırdığı üçün insan özünü yaxşı hiss edər. Bu səbəbdəndir ki, yaddaşın yaxşılaşdırılması üçün omeqa-3 baxımından zəngin balıq istehlakı tövsiyə olunur.
• Yaşıl yarpaqlı tərəvəzlər
Kələm, ispanaq və brokkoli beyin üçün faydalı hesab edilən qidalardır.
• Qoz, Fındıq və Yerfındığı
Qoz, fındıq və yerfındığı tərkibindəki yağ turşularına görə yüksək kalorili qidalar kateqoriyası daxildir və beynin əsas qidası hesab edilir. Xüsusilə qoz beyin funksiyası başda olmaqla əhvalı və yuxu rejimini yaxşılaşdırır, Saç və dəri sağlamlığını qorur.
• Balqabaq toxumu
Çox sağlam bir çərəz olan balqabaq tumu maqnezium, dəmir, sink və mis baxımından zəngindir. Sink çatışmazlığı Alzheimer və depressiya kimi xəstəliklərə səbəb olduğu üçün gündəlik az miqdarda balqabaq toxumunun istehlakı məsləhətdir.
• Darçın
Darçın zehni tənzimlər və konsentrasiyanı artırır, yaddaşı gücləndirir.
• Yumurta
Yumurta əqli gücü artırır. Bu səbəbdən hər gün səhər yeməyində bir ədəd istehlak etmək məsləhətdir.
• Meyvələr
Həftədə iki və ya daha çox porsiya çiyələk və qaragilə istehlak etmək yaddaşın zəifləməsinin qarşısını alır.
• Dənəli bitkilər
Dənəli bitkilər B qrupu vitaminləri baxımından zəngin olduqları üçün beyin sağlamlığının qorunması və güclü yaddaş üçün faydalıdır.
•Yaşıl çay
Yaşıl çay xolesterin və homosisteini azaltdığı üçün beyin funksiyalarını qorur.
• Taxıllı qidalar
Taxıllı məhsullar diqqətin yayınmasını azaldır və qan dövranını tənzimləyir.
• Qatıq
Qatıq kalsium baxımından zəngin qidadır. Yaddaşı gücləndirməyə kömək edir. Bu səbəbdən gündə iki dəfə qatıq və ya süd məhsulları istehlak etmək məsləhətdir.
• Qaragilə
Tünd qırmızı və bənövşəyi rəngli meyvə və tərəvəzlərdən istifadə yaddaşı yaxşılaşdırır və qısamüddətli yaddaş itkisinin qarşısını alır. Stressi azaldır. Qaragilə də belə meyvələrdəndir.
• B vitaminləri
Xüsusilə B6 və B12 vitaminlərinin istehlakı insult, demans və Alzheimer xəstəliyi riskini azaldır. Buna görə B vitaminləri ilə zəngin toyuq, balıq, yumurta və yaşıl yarpaqlı tərəvəzlər istehlak edilməlidir.
•Qarağat
Qarağat C vitamini baxımından zəngin olduğu üçün zehni gücləndirir. Demansiya və alzheimer xəstəliyinə qarşı qoruyucudur.
• Qəhvə
Kofein beyin funksiyalarının məhsuldar işləməsinə töhfə verir və yaddaşı gücləndirir. Gündə iki fincan içilməsi məsləhətdir.
•Pomidor
Pomidor orqanizmdə hüceyrələrin yenilənməsini sürətləndirir və yaddaşı gücləndirir. Erkən demansiya və Alzheimer xəstəliyinin qarşısını alır. Bu möcüzəvi qidanın istehlakından imtina edilməməlidir.
Brokkoli
•Brokkoli sinir sistemini və refleksləri gücləndirir, beynin inkişafını sürətləndirir. Bədəndən toksinlərin atılmasın yardımcı olur.
• Adaçayı
Adaçayı diqqəti cəmləməkdə çətinlik çəkənlər üçün faydalıdır. Bu bitki yaddaşı gücləndirir və gündəlik stressi də azaldır.
• İdman
İdmanla məşğul olmaq, gəzinti və ya qaçış beynin işləməsinə kömək edən vasitələr sırasında yer alır.
Әlaqәli Xәbәrlәr
Qәhraman qadınlarımız: Yıldız Kenter
Hekayәmizi Türkiyənin әvәzolunmaz aktrisası Yıldız Kenterə həsr etmək istərdik.