Səslə əmr vermə texnologiyasını bir türk aliminin kəşf etdiyini bilirsinizmi?

Smartfonlarla həyatımıza daxil olan və inqilabi sayılan səslə əmr vermə texnologiyasını türk aliminin kəşf etdiyini bilirsinizmi?

1794752
Səslə əmr vermə texnologiyasını bir türk aliminin kəşf etdiyini bilirsinizmi?

Smartfonlarla həyatımıza daxil olan və inqilabi sayılan səslə əmr vermə texnologiyasını türk aliminin kəşf etdiyini bilirsinizmi?
1926-cı ildə Dənizlidə bir kənddə kasıb bir ailədə anadan olan Hüseyn Yılmaz gənc yaşlarında valideynlərini itirmiş və 12 yaşına qədər məktəbə gedə bilməmişdir. Çobanlıq edərkən qarşılaşdığı müəllimlər ona məktəbə getməyə kömək edib. Liseydə qazandığı uğur və zəkası sayəsində İstanbul Texniki Universitetinin Elektrik fakültəsindən dəvət alıb və universitet təhsilini orada tamamlayıb. Uğurlarına və tədqiqatlarına dəstək verən professorları vasitəsilə ABŞ-da dünyanın ən yaxşı universitetlərindən olan MIT-ə (Massaçusets Texnologiya İnstitutu) dəvət olunur. Orada professor rütbəsinə qədər yüksələn Hüseyn Yılmaz işlərini yaxından izlədiyi Albert Eynşteynin “funksiya nəzəriyyəsi”ndə çatışmazlıqlar aşkar edərək, məşhur alimə məktub göndərib. Lakin məktub Eynşteynə çatmamış o, ölür. Yılmaz bu səhvini məşhur bir elm jurnalında dərc edir və Eynşteynin nəzəriyyəsinə qarşı "Yılmaz cazibə nəzəriyyəsi" də ədəbiyyatda yer alır.
Professor Yılmaz menecer olaraq çalışdığı texnologiya şirkətində səslə idarə olunan bilgisayar dizayn edərək elm tarixinə daxil olur. Bu əsər bu gün smartfonlarda istifadə etdiyimiz səslə əmr vermə sistemlərinin əcdadıdır.
2013-cü ildə vəfat edən Prof.Dr. Hüseyn Yılmaz akademik həyatı boyunca bir çox uğurlu tədqiqatlar aparmış və fizika elminə çox mühüm töhfələr vermişdir.



Әlaqәli Xәbәrlәr