Qurudulmuş gilas sapının faydaları

Qurudulmuş gilas sapı xalq təbabətində müxtəlif xəstəliklirin müalicəsində istifadə edilən və şəfa mənbəyi olaraq bilinən bir bitkidir.

1743696
Qurudulmuş gilas sapının faydaları

Bu gün Qurudulmuş gilas sapının faydaları barədə danışacayıq.

Qurudulmuş gilas sapı xalq təbabətində müxtəlif xəstəliklirin müalicəsində istifadə edilən və şəfa mənbəyi olaraq bilinən bir bitkidir.

Qurudulmuş gilas sapının faydaları hər nəqədər çox olsa da biz ancaq bir neçə xüsusiyyəti barədə danışacayıq:

-Sidikqovucudur

Gilas sapı əsrlər boyu fitoterapiyada effektiv və təhlükəsiz sidikqovucu vasitə kimi istifadə edilmişdir. Laksatif təsirə malikdir və ödemə səbəb olan artıq suyun orqanizmdə qalmasının qarşısını alır. Bədənin təbii detoksifikasiya prosesini dəstəklədiyi üçün detoks tətbiqlirində seçilir.

-Sidik yolları iltihablarının qarşısını alır.

Güclü sidikqovucu və iltihab əleyhinə xüsusiyyətlərinə görə böyrəklər və sidik yollarını təmizlər.

-Böyrək daşlarının bədəndən çıxarılmasına və arıqlamağa kömək edər

Bədəni tullantılardan və toksinlərdən təmizləyərək, piy və selülitləri aradan qaldırır. Arıqlama prosesində dəri formasının və elastikliyinin pozulmasının qarşısını alır. Bağırsaq fəaliyyətini normallaşdıraraq, bədəndə suyun toplanmasına mane olur. Qan şəkərinin səviyyəsini sabitləşdirir və iştahı azaldır. Beləcə arıqlamağı asanlaşdırır.

-Podaqra və iltihab əleyhinə mübarizə aparır

 Podaqra xəstəliyinin irəliləməsinin qarşısını aldığı bilinir.

Menstruasiya və ödemə qarşı faydaları

Menstruasiya qaynaqlı şişkinliyin müalicəsində gilas sapından istifadə etmək olar. Gilas sapı qaynadılıb içlirsə, qan dövranı artar, bədəndəki toksinlər atılaraq ödem azalır.

-Sakitləşdirici xüsusiyətə sahibdir

Gecə yatmazdan əvvəl bir stəkan gilas sapı çayı içmək stressi azaldır və vücudu sakiltəşdirir.

-Prostat vəzinin böyüməsinin qarşısını alır

-Qurudulmuş gilas sapının digər faydaları:

Qanı təmizlər və anemiyanın qarşısını alır.

Xolesterolu azaldır

Qaraciyəri qorur

Qəbizliklə mübarizə aparır.

Revmatizm və oynaq ağrılarını azaldır.

-Gilas sapını necə qurutmaq olar?

Saplar rütubətsiz və günəş işığı daxil olmayan bir otaqda qurudulur. Bu 4 gün ilə bir həftə ərzində quruyan saplar havaya məruz qalmayan bir qabda saxlanır.

-Gilas çayı necə hazırlanır?

RESEPT-1: 1 litr su və bir ovuc qurudulmuş gilas sapı qazana qoyulur 5 dəqiqə aşağı istilikdə qaynadılır. Soyuduqdan sonra süzülür və şüşəyə doldurulan çay üç gün içilir. Müalicəyə davam etmək üçün 3 gün sonra yeni çay hazırlanır.

RESEPT II. : Bir stəkan qaynadılmış suyun içinə 20-25 ədəd qurudulmuş gilas sapı atılır və 3-4 dəqiqə daha qaynadıldıqdan sonra içilir.

-Gilas sapı çayını müalicə məqsədi ilə neçə gün içmək olar?

Toksinləri çıxaran və qan dövranını tənzimləyən təsirindən yararlanmaq üçün yeməkdən yarım saat əvvəl və ya iki saat sonra bir həftə müddətlə gündə bir stəkan içilir. Üç gün fasilədən sonra yenə bir həftə gündə bir stəkan istehlak edilir. Daha sonra müalicə dayandırılır.

Qurudulmuş gilas sapı müalicəsini 40 yaşdan yuxarı kişilər, 15 yaşdan yuxarı qadınlar qəbul etməlidilər.

-Gilas sapı çayı gündə neçə stəkan içmək olar?

Sidikqovucu və ödemi azadma  xüsusiyyəti    olan gilas sapı çayı gündə ən çox 2 stəkan  içilməlidir.  Çayın  axşam yeməyindən əvvəl istehlak edilməsi  məsləhətdir.

-Gilas  sapının zərərləri  və   mənfi  təsirləri

Gilas sapı  demək olar ki, heç bir əks təsiri olmasa da, sidikqovucu xüsusiyyətə  sahib  olduğu  üçün  həddindən artıq istehlak edildikdə kalsium ifrazının artmasına  və  sidik yollarında bəzi  problemlərin  yaranmasına   səbəb  ola bilər.  



Әlaqәli Xәbәrlәr