Ermənistan necə monoetnik bir ölkə halına gəldi?

Türk İslam Araşdırmaları Mərkəzi başqanı, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun "Ermənistan necə monoetnik bir ölkə halına gəldi?" başlıqlı analitik yazısı

1634538
Ermənistan necə monoetnik bir ölkə halına gəldi?

Türk İslam Araşdırmaları Mərkəzi başqanı, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun "Ermənistan necə monoetniq bir ölkə halına gəldi?" başlıqlı analitik yazısını teqdim edirik.

Azərbaycan Türklərinin belə bir atalar sözü var. Öz gözündə tiri görməyən başqasının gözündə tük axtarar.  Əsl tarixi həqiqətlərlə üzləşmək yerinə müxtəlif ölkələrin qərarverici mexanizmlərinə nüfuz etməyə çalışan diaspora təşkilatlarıyla birlikdə heç bir tarixi, hüququ təməli olmayan soyqırım yalanına sarılmaqdan yorulmayan Ermənistan dövlətinin nəhayət  manipulyasiya və yalan siyasətinə son verərək,  həm də onların bu coğrafiyada himayəçisi rolunu oynayan Rusiyanın arxiv sənədləri, rəsmi statistik rəqəmləri əsasındabir kritik suala cavab verməsi gərəkir. Çox deyil iki əsr əvvəl Rusiya Çarlığı Cənubi Qafqazı işğal edərkən  hazırkı Ermənistan dövlətinin qurulduğu və  bir Türk Müsəlman xanlığı olduğu şübhə götürməyən İrəvan Xanlığı əraziləri başda olmaqla  bütün Azərbaycan  xanlıqlarının  vilayətlərində yaşayan Erməni əhalinin sayı nə qədər idi?  Necə oldu ki,  əhalisinin mütləq əksəriyyətinin  Azərbaycan Türklərindən ibarət olduğu Rusiya arxiv sənədləri, bölgəyə səfər edən müxtəlif xarici səyyah və diplomatların əsərləriylə  açıq bir şəkildə təsdiq edilən İrəvan Xanlığında Ermənistan dövləti quruldu və hansı proses nəticəsində bu dövlət monoetnik bir ölkə halına gəldi? Əsrlər boyu o torpaqlarda yaşayan, dövlət quran, maddi- mənəvi mədəniyyət abidələri inşa edən çoxluq o ərazilərdənbuxarlandı mı ? Yoxsa tarixdə bənzərinə  az rast gəlinən  bir vəhşilik və  qəddarlıqla qətliam və deportasiyaya məruz qaldılar  ? Nədən bu gün Ermənistanda bir nəfər də olsun Azərbaycan Türkü yaşamamaqdadır ? Cənubi Qafqazdakı bu danılmaz tarixi həqiqət və demoqrafiq mənzərənin  fonunda soyqırıma məruz qaldıqlarını iddia etdikləri  Anadolu torpaqları və İstanbulda yaşayan yüzmilərlə Erməninin  kilsələrində rahatca ibadət edib Erməni məktəblərində təhsil almalarını,  qəzet nəşr etmələrini, millət vəkili, bürokrat, iş adamı,jurnalist kimi fəaliyyətlərinə sərbəstcə davam etmələrini necə izah etmək mümkündür?  Ermənistan vətəndaşı olan  on minlərlə Erməni  işləmək üçün daima düşmanlaşdırılan Türkiyəyə  üz tutursa bu Türk millətinin tarixi xarakteristik xüsusiyyətləri etibariylə dinindən dilindən asılı olmayaraq müxtəlif millətlərə qucaq açan, öz çətiri altında birləşdirən xoşgörüsünə dəlalət etməzmi? Osmanlı sülhü, birgə yaşayış modeli ağıl və vicdan sahibi bütün tədqiqatçıların Osmanlı tarixiylə bağlı yazdıqları əsərlərində örnək göstərdikləri, üzərində durduqları bir məqamdır. Ermənistan dövləti, cəmiyyətiylə birlikdə  aldadılmağa çalışılan tərəqqipərvər beynəlxalq içtimaiyyət də yuxarıdakı suallara cavab tapmaqla birlikdə bu məsələdə Türkiyə və Azərbaycanın hansı siyasi- strateji hesablarla müxtəlif güc mərkəzləri tərəfindən hədəf halına gətirildiyini, Ermənistanın bu prosesdə oynadığı rolu doğru anlamalıdır.

Təkzib edilməz tarixi sənədlər bizə başqa həqiqətlərdən xəbər verir. Azərbaycanın dövlətçilik tarixində önəmli yerə sahib olan İrəvan Xanlığıyla bağlı çox sayıda elmi əsərlər qələmə alındığı məlumdur.  İndiki Ermənistan ərazilərinin  qədim Oğuz- Türk yurdu olduğunu ortaya qoyan qalalar, saraylar,  məscidlər, karvansaraylar sonradan Erməni şovinizmi,  mədəniyyət soyqırımı siyasətinin qurbanı olsalar da rus məmur və səyyahlarının albomları, tərtib etdikləri müxtəlif sənədlər ortadadır.  Səlcuqlu, Hülakilər, Qaraqoyunlu, Səfəvi və Osmanlı kimi  Türk xanədanlarının hakimiyyəti altında olmuş o torpaqlarda İrəvan, Keçiqalası,  Qaranquş, Qaraqala, Sərdarabad  kimi məhşur qalalar var idi.  Şah İsmayılın 1510-cu ildə  Zəngi çayının sahilində vəziri Rəvanqulu Xana tikdirdiyi  İrəvan qalası haqda Övliya Çələbi öz səyahatnaməsində geniş məlumat vermişdir.  Fransız əsilli səyyahlar Şarden və Tavernənin əsərlərində, çap olunan çox cilidli Rusiya arxiv sənədləri toplusu olan AKAK-larda  bu qalalar, İrəvandakı Xan sarayı haqqında təfsilatlı bilgilər vardır. O tarixi əsərlər indi hardadır? Hətda Rusiya işğalından sonra aparılan kütləvi köçürmə siyasətinə rəğmən XIX əsrin sonuna ait Çarlıq rejimin tərtib etdiyi statistika rəqəmlərində indiki Ermənistan ərazilərində Müsəlman Türklər əhalinin əksəriyyətini təşkil edir. Onların sistemli şəkildə yox edildiyini  inkar etmək mümkündürmü?  Əsl soyqırım bu yaşananlar deyilmi ?  

Erməni tarixçiləri də yaxşı bilir ki, 1441-ci ildə Erməni katolikosluğu  İrəvanın Üçkilisə ərazisinə köçürülənə kimi indiki Ermənistan torpaqlarında bir dənə də olsun Erməni kəndi, yaşayış məskəni olmamışdır.  İşğal sonrası Qafqazda fəaliyyət göstərən rus etnoqraf və dövlət adamı İ. Şopenin qeydlərinə görə Məhəmməd Xan, Zal Xan, Abbas Mirzə, Təpəbaşı, Körpübulaq məscidləri  kimi tarixi abidə mahiyətindəki 110 məscid  Çarlıq dövrü Erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. Sovet İttifaqının dağılma prosesinin başlaması, Cənubi Qafqazda Erməni şovinizminin yenidən baş qaldırmasıyla birlikdə Ermənistanda yaşayan 250 minlik son Müsəlman Türk kütləsi də evləri, iş yerləri, bütün mal-mülkləri ələ keçirilərək öz dədə-baba yurdlarından köçə məcbur edilmiş, onlara məxsus son 68 tarixi abidə, 48 məscid də talan edilmişdir.

1828- ci ildə Rusiyanın Azərbaycan torpaqlarını işğalının başa çatmasıyla birlikdə imzalanan Türkmənçay anlaşmasından sonra İrəvan Xanlığı torpaqlarına fərqli ölkələrdən yüz minlərlə erməni gətirilərək yerləşdirilmiş, mərhələli şəkildə etnik təmizləmə, soyqırım siyasəti həyata keçirilərək Erməni dövləti formalaşdırılmışdır.  Rus tədqiqatçıları rəsmi statistik materyallar, arxiv məlumatları əsasında bütün bu prosesi əsərlərində təfsilatlı şəkildə qələmə almışdır.  Hesablaşmaq istəyirsə Ermənistan əvvəlcə öz tarixiylə üzləşməli, hesablaşmalıdır.



Әlaqәli Xәbәrlәr