Türkiyənin ilk prezidentinin ənənəvi Azərbaycan səfəri

Erdogan-Azerbaycan_01.jpg

  İyulun 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının ilk prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

  Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə raport verdi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Türkiyə prezidenti Azərbaycan əsgərlərini salamladı.

  Hər iki ölkənin dövlət himnləri səsləndi.

  Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olundu.

  Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

  Sonra Azərbaycan və Türkiyə prezidentlərin təkbətək görüşləri oldu.


Etiketlәr: Ərdoğan - Əliyev , Türkiyənin ilk prezidenti - Azərbaycan səfəri