Dilarə Seyidzadə Türkiyədə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü

Professor Dilarə Seyidzadə_Ankara_01.jpg

 

  Azərbaycanın Dövlət Müstəqilliyi Günü çərçivəsində 22 oktyabrda Türkiyənin paytaxtı Ankaranın Qazi Universitetində konfrans keçirildi.

  Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə Elmlər Akademiyası və Qazi Universiteti tərəfindən təşkil olunan tədbirdə rəsmi şəxslər, səfirlər, deputatlar, görkəmli alimlər, həmçinin Qazi Universitetinin professor, müəllim və tələbə heyəti iştirak edib.

  Konfransda Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi, prezidentin köməkçisi, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə Heydər Əliyevin zəngin mənalı ömür yolundan, yüksək insani keyfiyyətlərindən, böyük dövlətçilik təcrübəsindən, onunla bağlı xatirələrindən, həmçinin dövlət müstəqilliyimizin qorunması və inkişaf strategiyasının müəyyən olunması istiqamətində tarixi fəaliyyətindən danışdı. O, “Yurdda sülh, cahanda sülh uğrunda” kitabından da bəhs edərək bildirdi ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin bu nəşrdə yer alan nitqlərinin əksəriyyəti Türkiyəyə həsr olunub.


Etiketlәr: Dilarə Seyidzadə Türkiyə Ankara , Dilarə Seyidzadə - Heydər Əliyev