Ankara da rəngarəng payıza büründü

Ankara_sonbahar_04.jpg

Payız olur, əsir soyuq küləklər,

Solur dağda, çöldə əlvan çiçəklər.

Gecələr uzanır, günlər qısalır.

Göy üzünü qara buludlar alır.

Yağış yağır, duman çökür çöllərə,

İnildəyir çayır, çəmən, dağ, dərə.

Ağaclarda nə meyvə var, nə yarpaq,

Bağ-bağçalar olmuş bütün çıl-çılpaq.

Quşlar uçub dəstə-dəstə gedirlər,

İsti yerə köçüb qışlaq edirlər.

  Azərbaycan şairi Abdulla Şaiqin payız haqqında dediyi bu sözlər dünyanın hər yerinin payızına aiddir, o cümlədən Türkiyənin paytaxtı Ankaraya.

  Ankaranın bütün park və gölləri payızın sarı, qırmızı, yaşıl rənglərinin çalarlarına bürünüb və gözlərə, ruhlara bir təbiət gözəlliyi bəxş edir.


Etiketlәr: Ankara payız (sonbahar) , sarı , qırmızı , yaşıl rənglərinin çalarları