10 noyabr böyük türk sərkərdəsi Atatürkün xatirə günüdür

10 noyabr - Atatürkün xatirə günü_37

 

  1938-ci ilin bu günü səhər saat 09.05-də İstanbulun Dolmabahçe Sarayında türk qurtuluş savaşının öndəri, Türkiyə respublikasının banisi və ilk dövlət başçısı Mustafa Kamal Atatürk 57 yaşında gözlərini əbədi olaraq həyata yumdu.

  O gün ölkədə milli yas elan edildi.  

  16 noyabrda Atatürkün Türkiyə bayrağı ilə örtülmüş tabutu Dolmabahçe Sarayındakı böyük mərasim salonuna yerləşdirildi və bu böyük lideri son dəfə görmək istəyənlər saraya axışdı.

  Xatırladaq ki, 1911-1912-ci illərdə İtaliya-Türkiyə və 1913-cü ildə Balkan müharibələrində iştirak edən Mustafa Kamal Birinci Dünya Müharibəsi zamanı Çanaqqala (Dardanel) boğazının müdafiəsində şücaət göstərib, 35 yaşında (1916) ona paşa, yəni general rütbəsi verilib.

  1919-cu ildə Anadoluda başlanan və “Kamalçılar hərəkatı” adlanan milli azadlıq mübarizəsinə rəhbərlik edən Mustafa Kamal Paşa Atatürk 1923-cü iləd elan edilən Türkiyə Cümhuriyyətinin ilk dövlət başçısı seçilib. (1881-1938)


Etiketlәr: Mustafa Kamal Atatürk