Cəfər Cabbarlı 120 yaşında Ankarada xatırlandı

C.Cabbarlı_120_TURKSOY_Ankara_01

  Fevralın 12-də Türkiyənin paytaxtı Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un mərkəzi qərargahında qurumun “Türk dünyasının görkəmli şəxslərinin tanıdılması” layihəsi çərçivəsində dahi Azərbaycan dramaturqu və şairi Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə konfrans keçirilidi.

  Toplantıda TÜRKSOY-un baş katibi Düsen Kasseinov, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru İsrafil İsrafilov, Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ramin Qurbanov, türk dünyasının mədəniyyət, mətbuat nümayəndələri və Türkiyədə təhsil alan azərbaycanlı tələbələr iştirak edirdi.

  ... Pianonun müşayətilə Hacı Bayram Vəli və Ankara Universitetinin tələbələri tərəfindən C.Cabbarlının şeirlərini oxundu, Xəzər Azərbaycan Xalq Rəqsləri Dərnəyinin solistilərinin ifasında isə milli rəqslər ifa olundu.

  Bundan sonra Alkova Dövlət Opera Teatrının solisti Güner Birka C.Cabbarlının şeirlərinə bəstələnən “Ölkəm”, “Azad quşdum” və digər mahnıları oxudu. Vokal müğənnisini pianoda Yadigar Hacıyeva müşaiyət etdi.


Etiketlәr: İsrafil İsrafilov , Cəfər Cabbarlı 120 Ankara , Düsen Kasseinov , Ramin Qurbanov , Güner Birka , Yadigar Hacıyeva