Göbəklitəpədəki “P18” obeliskin surəti Qətərdə nümayiş etdiriləcək

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı “YUNESKO”-nun Ümumdünya İrs Siyahısına salınan Göbəklitəpədəki “P18” obeliskin surəti 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında sərgilənəcək.

1828762
Göbəklitəpədəki “P18” obeliskin surəti Qətərdə nümayiş etdiriləcək

Şanlıurfa Turizm İnkişafı A.Ş.-dən verilən açıqlamada: “Xüsusilə milli və beynəlxalq arenada şəhərin  təqdimatına dair  müxtəlif tədbirlər  həyata keçiririk.  Bu çərçivədə Göbəklitəpəni FIFA Dünya Kubokunda tanıtacayıq. 2018-ci ildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan Göbəklitəpəni təmsil edən T şəkilli “P18” obeliskin yarım ölçülü surəti noyabr ayında başlayacaq FIFA Dünya Kubokunda nümayiş etdiriləcək. Göbəklitəpənin təqdimatı olacaq. Bunun Şanlıurfa turizminə  töhfə verəcəyinə  inanıram”.  

Qeyd edək ki, Misir piramidalarından 7500 il əvvəl inşa edilən Göbəklitəpədə oturaq həyata keçidin ilk izlərinə dair  əhəmiyyətli tapıntılar var. Bundan əlavə, Göbeklitəpə məlum olan ilk ibadət mərkəzidir.

 



Әlaqәli Xәbәrlәr