Özbəkistan peyvənd olunanlara qiymətli hədiyyələr verəcək

Özbəkistan Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat verib ki...

1763165
Özbəkistan peyvənd olunanlara qiymətli hədiyyələr verəcək

 

  Özbəkistanda “Covid-19”a qarşı peyvənd olunan vətəndaşlar qiymətli prizlər, o cümlədən avtomobil qazana bilərlər.

  Özbəkistan Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat verib ki, müsabiqə bu ilin yanvar, fevral və mart aylarında peyvənd olunan və sertifikat alan Özbəkistan vətəndaşlarına şamil edilir.

  Qeyd edək ki, yanvarın 5-dən bu günədək Özbəkistanda sutkalıq yoluxma halı günbəgün artmaqda davam edir. Belə ki, yanvarın 5-də yoluxma sayı 146 olmuşdusa, yanvarın 7-də 214, 9-da 389, 11-də 604, 13-də 824 olub.

  Xatırladırıq ki, pandemiya dövründə ölkədə yoluxma sayı 203 min 297 nəfərə çatıb.



Әlaqәli Xәbәrlәr