86 yaşlı kişi bombanın yerini birdən xatırlayınca...

İspaniyanın Zaraqoza şəhərində 86 yaşlı bir adam uşaqkən yaşadığı şəhərə atılan bombanın varlığını xatırlayınca polisə deyib...

1763390
86 yaşlı kişi bombanın yerini birdən xatırlayınca...

 

  İspaniyanın Zaraqoza şəhərində 80 il əvvəl atılan, ancaq partlamayan bombanın yeri yaşlı bir adamın köməyilə tapılıb.

  Metal dedektorlarla yeri müəyyən olunan 50 kiloluq bomba məhv edilib.

  İspaniyanın Zaraqoza şəhərində 86 yaşlı bir adam uşaqkən yaşadığı şəhərə atılan bombanın varlığını xatırlayınca polisə deyib. Polis izah edilənlər üzərindən hərəkətə keçib.

  Yaşlı adamın uşaqkən yaşadığı bölgədə olan partlamamış bomba metal dedektorlarla axtarılıb və tapılıb. Bununla da 1936-1939-cu illərdə İspaniyanı idarə etmiş diktator Franko dövründə yaşanan vətəndaş müharibəsi zamanı İtaliya ordusunun atdığı 50 kiloluq bomba 2022-ci ilin 10 yanvarında məhv edilib.

  İspaniya polisi bombanın partladılması ilə bağlı görüntüləri paylaşıb.



Әlaqәli Xәbәrlәr