La Palmada 24 saatda 300-dən çox zəlzələ baş verdi

İspaniya Milli Coğrafiya İnstitutunun paylaşdığı məlumata görə...

1735767
La Palmada 24 saatda 300-dən çox zəlzələ baş verdi

 

  İspaniyanın cənub-qərbindəki Sarıbülbül Adaları qrupundan La Palma adasında 19 sentyabrdan bu yana aktiv olan “Kumbre Vyexa” (Cumbre Vieja) vulkanının təsirindən 24 saatda 300-dən çox zəlzələ baş verib.

  İspaniya Milli Coğrafiya İnstitutunun paylaşdığı məlumata görə, La Palma adasında 17-18 noyabr tarixlərində yerli saatla 08.00 radələrində 300-dən çox zəlzələ qeydə alınıb.

  Vulkan aktivləşəndən ən çox zəlzələ bu 24 saatlıq dilimdə olub və ən şiddətlisi gecə yerli saatla 01.51-də Rixter (Richter) cədvəli ilə 4,4 olaraq müəyyənləşib.

  Qeyd edək ki, bu zamana qədər 1000 hektardan çox sahəni örtən, 77 kilometrlik yolu və bölgədəki 2623 binanı yıxıb keçən lavalar üç ayrı-ayrı yerdən dənizə tökülərək ada sahilində 41 hektarlık bir yeri zəbt edib.

  Mütəxəssislər bildirir ki, 19 sentyabrdan bu yana aktivləşən və son iki həftədir lava axışı ilə şiddətli partlamaların azaldığı vulkanın yaxınlarda sönməsi gözlənilmir.



Әlaqәli Xәbәrlәr