Tramp otelini satışa çıxarmağa məcbur oldu

BBC-dən yayılan xəbərə görə...

1734200
Tramp otelini satışa çıxarmağa məcbur oldu

 

  Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Donald Tramp Vaşinqtondakı “Trump İnternational” otelini 375 milyon dollara satır.

  BBC-dən yayılan xəbərə görə, “Waşington DC”dəki “Trump” ailə şirkəti tərəfindən alınmış otelin satışını Tramp Miami mərkəzli sərmayə şirkəti “CGİ Merchant Group”a həvalə edib.

  Otelin satışı üçün 375 milyon dollar müəyyən olunub.

  2022-ci ilin ilk rübündə satılacaq otelin yeni adı “Waldorf Astoria”dır və “Hilton Group” tərəfindən idarə ediləcək.

  “Trump” ailə şirkətinin 60 illik kirayə müqaviləsi bağladığı 263 otaqlı otel 2019-cu ildən satışa çıxarılmışdı.

  ABŞ Senatı "Trump” otelinin xarici ölkələrdən milyonlarla dollar pul alaraq “Federal səlahiyyətlilərin digər hökumətlərdən hədiyyə və ya pul götürməsini qadağan edən əlaqədar Konstitusiya maddəsi”ni pozduğu üçün Donald Trampın əleyhinə istintaq açdırmışdı. Məhkəmə prosesi zamanı Trampın xarici dövlətlərdən 3,7 milyon dollarlıq pul aldığı ortaya çıxdı və oteli 70 milyon dollar zərərə uğradı.

  Ağ Evə bir neçə küçə qədər yaxın olan otel 2016-cı ilin sentyabrında açılmışdı. Binanın 2012-ci ildə “Trump” şirkəti tərəfindən alınması və otel olaraq fəaliyyətə başlaması eks prezidentin Respublikaçılar Partiyasının sədri olduğu dövrdə reallaşmışdı.



Әlaqәli Xәbәrlәr