Türkiyədə 2020-ci ildə dünyaya gələn körpə sayı açıqlanıb

Türkiyədə 2020-ci ildə 1 milyon 112 min 859 körpənin dünyaya gəldiyi bildirilib.

1641319
Türkiyədə 2020-ci ildə dünyaya gələn körpə sayı açıqlanıb

Türkiyə Dövlət Statistika Komitəsinin doğum hesabatına görə 2020-ci ildə diri dünyaya gələn körpələrin sayı 1 milyon 112 min 859 olub. Sağ doğulan körpələrin 51,3%-ü oğlan, 48,7%-si isə qızdır. Hesabatda qeyd edilib ki, Türkiyədə canlı dünyaya gələn körpə sayı Avropa İttifaqına üzv 27 ölkədən daha yüksəkdir.

 



Әlaqәli Xәbәrlәr