Everest dağı alpinistlərə yenidən açıldı

Keçən il yeni tip koronavirus (Kovid-19) epidemiyası səbəbiylə turlara bağlanan Everest dağının şimal yamacı alpinistlərə  yenidən açıldı.

1635903
Everest dağı alpinistlərə yenidən açıldı

Çinli  rəsmilərin  məlumatına görə tibbi hesabatlarını göstərən  və infeksiya riski daha  az  olan ölkələrdən   gələn 38 alpinistin Everest zirvəsinə qalxmasına icazə verilib. Alpinistlərdən zirvəyə qalxarkən sosial məsafə qaydalarına riayət etmələri və temperaturlarını nizamlı ölçmələri tələb edilib.

 



Әlaqәli Xәbәrlәr