Türkiyənin kantaron balı “Dünyanın ən bahalı balı” kimi “Ginnes”ə düşdü

Ginnes Dünya Rekordları rəsmi internet saytından yayılan məlumata görə...

1610023
Türkiyənin kantaron balı “Dünyanın ən bahalı balı” kimi “Ginnes”ə düşdü

 

  Türkiyədə arı koloniyalarından uzaqda və dəniz səviyyəsindən 2500 metr yüksəklikdəki mağaralardan çıxarılan kantaron balı kilosu 10 min avro (96 min TL) ilə “Dünyanın ən bahalı balı” olaraq Ginnes (Guinness) rekordlar kitabına düşdü.

  Ginnes Dünya Rekordları rəsmi internet saytından yayılan məlumata görə, 16 martda kantaron balı “Dünyanın ən bahalı balı” olaraq rekordlar siyahısına girib.

  Münsiflərin sözlərinə görə, rekordun qırılmasının səbəbi balın çox keyfiyyətli olmasıdır.

  Ənənəvi baldan çox fərqli olan kantaron balı tünd rəngdə və bir az acı dada malikdir. Bundan başqa, bal maqnezium, kalium, fenol, flavanoid və antioksidanlar baxımından zəngindir.

  Ən yaxşı və keyfiyyətli balı əldə etmək üçün arılara ənənəvi üsullardan çox fərqli baxım, müəyyən qaydaları yerinə yetirmək lazım gəlir ki, bu da bal istehsalını olduqca çətinləşdirir.

  İldə 2-3 dəfə toplanan ticari ballardan fərqli olaraq kantaron balı ildə cəmi bir dəfə toplanır.



Әlaqәli Xәbәrlәr