Robot Sofiyanın çəkdiyi rəsm hərraca çıxarılır

Məşhur robot Sofiya bu dəfə də rəssamlıq qabiliyyətini göstərdi

1606738
Robot Sofiyanın çəkdiyi rəsm hərraca çıxarılır

Çəkdiyi ilk rəsmi sabah hərraca çıxacaq olan Sofiya, hərracdan əvvəl kamera qarşısındaydı. Fırçasına aldığı boya ilə gözəl rəsmlər çəkən Sofiya ilk rəsminin hərraca çıxarılacağını yüksək qiymətləndirib və bunun sevincini yaşadığını ifadə edərək: “Çox həyəcanlıyam. İlk sənət əsərimin dünyada bəyənilməsini ümid edirəm”.

2016-cı ildə Honkonqda istehsal olunan robot Sofiya, 31 yaşlı rəssam Andrea Bonaceto ilə əməkdaşlıq edir. İtalyan rəssamının rəsmlərindən ilham alır. Sənət tarixini imperovizasiya üsulu ilə istifadə edir. Transformator şəbəkələr və genetik alqoritmlərdən istifadə edərək rəsm çəkir. Sofiya hərracdan sonra şəkli satın alacaq şəxslə əlaqə yaradaraq onun portretini çəkəcək. Sofiyanın çəkdiyi rəsmin çox yüksək məbləğə satılması gözlənilir.



Әlaqәli Xәbәrlәr