Az su içmək bir çox xəstəliyin əsas amili qəbul edilir

Kifayət qədər su içməyən bir çox insan dərman qəbul edərək bədənlərində susuzluq səbəbindən ortaya çıxan simptomları aradan qaldırmağa çalışır.

1605996
Az su içmək bir çox xəstəliyin əsas amili qəbul edilir

ABŞ-da su içmə vərdişlərinə dair bir araşdırmanın nəticələri maraq oyundırıb.

Bədənimizin təxminən üçdə ikisi sudan ibarətdir. Kifayət qədər su içmək sağlamlıq üçün vacibdir. Bu elmi həqiqət yaxşı bilinsə də, əksər insanlar tərəfindən tətbiq olunmur. Tədqiqatın ən təəccüblü nəticələrindən biri də bir çox insanın baş ağrısı, halsızlıq və başgicəllənmə kimi susuzluq əlamətlərini su içmək əvəzinə dərmanlarla aradan qaldırmağa çalışmasıdır. Araşdırmada, 2 min insanın su içmə vərdişləri izlənilib. Tədqiqat göstərib ki, hər 3 nəfərdən 2-si dehidrasiya xəstəliklərini aradan qaldırmaq üçün dərman qəbul etməyə üz tutur. Əksəriyyətin gündəlik içməli olduqları suyun yarısını belə içmədikləri araşdırmanın ən bariz nəticələrindən biri olub. Mütəxəssislər bir çox xəstəliyin əsas amilinin az miqdarda su içmək olduğu mövzusunda mütabiq qalıblar.

 



Әlaqәli Xәbәrlәr