Qaya üzərində çəkilmiş ən qədim kenquru şəkli aşkar edilib

Avstraliyada bir  mağrada  qaya  üzərində  çəkilmiş ən qədim şəkil  aşkarlanıb.

1589036
Qaya üzərində çəkilmiş ən qədim kenquru şəkli aşkar edilib

TRT-nin BBC-yə istinad etdiyi xəbərə görə arxeoloqlar Aborigen qayaüstü rəsmləri ilə tanınan  Kimberley bölgəsində 17 min 300 il əvvəl  qaya  üzərində çəkilmiş bir kenquru şəklini  aşkar ediblər. Məlumata  görə  2 metr  olan  kenquru  şəkli   qırmızı  torpaq ilə  çəkilib.

Tədqiqatçı Dr. Sven Ouzman, kenquru rəsmini Cənub-Şərqi Asiyadakı adalarda 40.000 il əvvəl çəkilmiş qayaüstü rəsmlərə bənzədərək bunun  bir mədəni əlaqə olduğunu göstərdiyini  qeyd  edib. Sözügedən şəklin təfərrüatları “Nature Human Behavior” jurnalında dərc edilib.

Qeyd  edək ki,  45.500 il əvvəl çəkildiyi düşünülən dünyanın ən qədim heyvan şəkli İndoneziyanın Sulawesi adasındakı bir mağarada tapılıb.



Әlaqәli Xәbәrlәr