Keniya çəyirtkə sürülərinin hücumuna qarşı mübarizə edir

Keniyanın bir çox ərazisi Efiopiya və Sudandan gələn çöl çəyirtkə sürüləri tərəfindən istila edilib.

1569046
Keniya çəyirtkə sürülərinin hücumuna qarşı mübarizə edir

Keniyanın Kənd Təsərrüfatı Naziri Peter Munya jurnalistlərə açıqlamasında ölkənin yeni bir çəyirtkə bəlası ilə qarşılaşdığını və 47 bölgədən 15-nin çəyirtkələrin işğalı ilə mübarizə apardığını qeyd edib.  Ölkənin bir çox yerində çəyirtkə sürülərinin görüldüyünü ifadə edən nazir Munya, lazımi tədbirlərin görüldüyünü, lakin təhlükənin hələ də davam etdiyini vurğulayıb.

Birləşmiş Millətlər Qida və Kənd Təsərrüfatı Təşkilatının (FOA) məlumatına görə, Şərqi Afrika ölkələrini işğal edən çəyirtkələrə qarşı mübarizə aparmaq üçün 38 milyon dollar lazımdır. Təşkilatın açıqlamasında yeni sürülərinin Efiopiya, Keniya və Somalinin müxtəlif bölgələrinə yayılmağa başladığı və bu ay Cənubi Sudan, Tanzaniya və Uqandaya çata biləcəyi bildirib.  

Qida təhlükəsizliyi üçün böyük təhlükə yaradan çəyirtkə sürüləri keçən il bölgədə yüz minlərlə hektar kənd təsərrüfatı ərazilərinə ziyan vurdu. Bir kvadrat kilometrə yayılan 40-80 milyon çəyirtkə bir gündə 35 min nəfərə kifayət edəcək qədər qida istehlak edə bilər. Çekirgə sürüləri hər gün 150 kilometr yol qət edə bilər.



Әlaqәli Xәbәrlәr