Tajima: “Türkiyəyə valeh oldum”

4 qitədə 13 ölkəni gəzən Yapon fotoqraf Hirohisa Tajima Türkiyəyə məftun oldu

1564406
Tajima: “Türkiyəyə valeh oldum”

10 il ərzində velosipediylə dünyanı gəzməyi planlaşdıran Tajima, 20 Noyabr 2020 tarixində “Kapıkule” Sərhəd məntəqəsindən Türkiyəyə daxil oldu. Edirnə, Tekirdağ, İstanbul, Yalova, Bursa, Balıkesir, İzmir, Aydın və Muğla şəhərlərini ziyarət etdikdən sonra getdiyi Antaliyanın Demrə qəsəbəsində verdiyi açıqlamasında Türkiyənin təsir edici tarix və təbiət zənginliyinə diqqət çəkən fotoqraf Türklərin mehriban və qonaqpərvər olduqlarını vurğulayıb. Başlatdığı  səyahətdən  məqsədinin yeni ölkələri və bir çox yeni insanı tanımaq olduğunu ifadə edən Hirohisa Tajima, Türkiyənin təsir edici tarixə və təbiət  zənginliyə sahib olduğunu, hər dövrə məxsus abidələrə ev sahibliyi  etdiyini qeyd edib. Bütün bu zənginliklər  və Türk qonaqpərvərliyi qarşısında bu ölkəyə valeh olduğunu, yenidən görmək istədiyini  deyib. Tajima, Türkiyədən Gürcüstana, oradan Ermənistan və İran gedəcək.



Әlaqәli Xәbәrlәr