İqlim dəyişikliyi uşaqlarda zəif qidalanmaya səbəb olur

İqlim dəyişikliyindən qaynaqlanan temperatur artımının uşaqlarda zəif qidalanmaya səbəb olduğu bildirildi.

1563975
İqlim dəyişikliyi uşaqlarda zəif qidalanmaya səbəb olur
çocuklar beslenme.JPG

İqlim dəyişikliyindən qaynaqlanan temperatur artımının uşaqlarda zəif qidalanmaya səbəb olduğu bildirildi.

"Phys.org" saytında yer alan xəbərə görə, ABŞ Vermont Universitetinin tədqiqatçıları nəticələri "Environmental Research Letters" jurnalında dərc olunan araşdırmada Asiya, Afrika və Cənubi Amerikada 19 ölkədə yaşayan 107 min uşağın gündəlik qidalanmasını araşdırıblar.

Tədqiqatçılar iqlim dəyişikliyi səbəbindən orta temperatur və yağış artımının uşaqların qida müxtəlifliyini azaldığını müəyyən ediblər.

Tədqiqatın nəticələrinə görə, iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrdə 5 yaşınadək uşaqlar ət, süd, balıq, paxlalılar, dənli bitkilər və göyərtilərdən ibarət 10 məhsuldan orta hesabla 3,2 istehlak edə bilərlər.

Bu ölkələrdə 5 yaşınadək hər üç uşaqdan biri dəmir, sink, folik turşusu, A və D vitaminləri kimi uşaqların böyüməsi üçün kritik mikroelementləri qəbul edə bilmir.

BMT-nin məlumatlarına görə, 2019-cu ildə 5 yaşınadək 144 milyon uşaq qidalanma və 47 milyon uşaq xroniki zəif qidalanma səbəbindən ciddi səviyyədə zəiflikdən əziyyət çəkib.



Әlaqәli Xәbәrlәr