“Balaca qara balıq” Vyana səhnəsində

Azərbaycan əsilli İran yazıçısı Səməd Behrənginin “Balaca qara balıq” əsərindən ilhamlanaraq hazırlanan bu musiqili tamaşa çayda yaşayan şirin su balığının əngəllərə və çətinliklərə rəğmən azadlıq məqsədinə çatmaq üçün göstərdiyi səylərdən bəhs edir

2106589
“Balaca qara balıq” Vyana səhnəsində

 

  Vyanada Yunus Əmrə İnstitutu və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Avstriyanın paytaxtı Vyanada “Arzu balıq dastanı” müsiqisevərlərə təqdim olunub.

  Vyana Musiqi və İfa Sənəti Universitetinin konsert zalında göstərilən tamaşanı Türkiyə, Azərbaycan, Macarıstan və digər ölkə sənətçilərindən ibarət “Öst Ensemble” musiqi qrupu ifa edib.

  Azərbaycan əsilli İran yazıçısı Səməd Behrənginin “Balaca qara balıq” əsərindən ilhamlanaraq hazırlanan bu musiqili tamaşa çayda yaşayan şirin su balığının əngəllərə və çətinliklərə rəğmən azadlıq məqsədinə çatmaq üçün göstərdiyi səylərdən bəhs edir.

  Tamaşada şirin su balığının macərası Azərbaycan türkcəsi və alman dillərində danışılıb.

  Müxtəlif rəqs nömrələrinin də nümayiş olunduğu müsiqili tamaşada Türkiyə, fars, makedon və macar əsərləri də səsləndirilib.



Әlaqәli Xәbәrlәr