2024-cü ilin yanvar ayında Türkiyəyə gələn xarici qonaq sayı

Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə ...

2106603
2024-cü ilin yanvar ayında Türkiyəyə gələn xarici qonaq sayı

 

  Türkiyə yanvar ayında 2 milyon 47 min 27 xarici ziyarətçi qəbul edib.

  Ölkənin Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 2023-cü ili turizmdə rekordla bağlayan Türkiyədə yanvar ayında əvvəlki ilin eyni ayına görə xarici qonaq sayında 2,05 faiz artım olub. Belə ki, 2024-cü ilin yanvar ayında Türkiyəyə 2 milyon 47 min 27 əcnəbi gəlib.

  Türkiyə 2023-cü ildə 56,7 milyon qonaq və 54,3 milyard dollar gəlir əldə edib. Bir turistin gecəlik ortalama xərcləri 99 dollar olub.



Әlaqәli Xәbәrlәr