Datça badam çiçəyi festivalı

Fevralın 15, 16, 17 və 18- i hər kəs dəvətlidir

2098527
Datça badam çiçəyi festivalı

 

  Hər il fevralın əvvəlində hər il Türkiyədə badam ağacının çiçəklənməsinə həsr olunan festival təşkil olunur. Ənənəvi bayram ölkənin beş regionunda keçirilir, lakin onun əsas mərkəzi Datça şəhəri və ətrafıdır.

  Şəhər bələdiyyəsi ənənələrə sadiq qalaraq fevralın 15, 16, 17 və 18-də bu unikal hadisəni bayram etməyə dəvət edir.

  Bayrama həm yerli sakinlər, həm də əcnəbilər gəlirlər. Festivalın proqramına müvafiq olaraq, Datça bələdiyyəsi bütün yaşlardan olan insanlar üçün onların zövqünə uyğun çoxsaylı tədbirlər, o cümlədən təbiətdə gəzinti, bədii sərgilər, konsertlər və çıxışlar, uşaqlar üçün maarifləndirici və əyləncəli tədbirlər, eləcə də yerli mətbəxin ləziz təamlarının dadına baxmaq fürsəti təklif edir.

  Festival qonaqlarının rəylərinə görə bu, həmişə füsunkarlıqdır. Sanki zərif çəhrayı buludlar ağacları gözəl kürkə bürüyür. Qarlı zirvələrin fonunda zərif gözəlliyi gördükdə, bu mənzərə bir başqa cür qəbul olunur, onu Yaponiyada sakuranın çiçəklənməsinə bərabər tutmaq olar.

  Badam çiçəyi festivalı Kipr, İtaliya, Mərakeş, Çin, İsrail, Portuqaliya və İspaniyada da keçirilir. Lakin müasir Türkiyənin rayonları badamın vətəni hesab olunur. Burada badam mədəniyyəti eramızdan əvvəl xeyli yüzilliklər əvvəl yaranıb. Qədim vaxtlarda badamın çiçəklənməsi yeni ilin başlanmasının rəmzi olub.

 



Әlaqәli Xәbәrlәr