Türkiyədən İtaliyaya qaçırılan əsərlər təhvil verildi

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında verdiyi açıqlamada bildirib ...

2093227
Türkiyədən İtaliyaya qaçırılan əsərlər təhvil verildi

 

  Türkiyədən İtaliyaya qaçaq yolla gətirilən 10 əsər Türkiyənin İtaliya səfirliyinə təhvil verilib.

  Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında verdiyi açıqlamada bildirib: “Ölkəmizdən qaçaqmalçılıq yolu ilə aparılan artefaktları aid olduqları torpaqlara qaytarmağa davam edirik. Türkiyədən qeyri-qanuni olaraq çıxarılan 10 terrakota əsərimiz İtaliya Mədəniyyət Polisi tərəfindən Florensiyada saxlanılaraq Romadakı səfirimiz cənab Ömər Güçlükə və nazirliyimizin rəsmilərinə təhvil verilib. Mədəni sərvətlərin qaçaqmalçılığına qarşı sıx əməkdaşlığa görə İtaliya hökuməti, Türkiyənin İtaliya səfirliyi və mədəniyyət nazirliyi komandamıza təşəkkür edirəm”.



Әlaqәli Xәbәrlәr