Akdağ Təbiət Parkı Türkiyenin 49-cu “milli parkı” oldu

Zəngin flora və faunaya sahib olan və nəsli kəsilməkdə olan növlərə ev sahibliyi edən Akdağ Təbiət Parkı Türkiyenin 49-cu “milli parkı” oldu.

2090877
Akdağ Təbiət Parkı Türkiyenin 49-cu “milli parkı” oldu

Zəngin flora və faunaya sahib olan və nəsli kəsilməkdə olan növlərə ev sahibliyi edən Akdağ Təbiət Parkı Türkiyenin 49-cu “milli parkı” oldu.

Kənd Təsərrüfatı və Meşə Nazirliyindən verilən məlumata görə, Dənizli vilayətinin Çivril qəsəbəsi ilə Afyonkarahisar vilayətinin Sandıklı qəsəbəsi sərhədləri daxilində yerləşən 14 min 692 hektar sahə sahib olduğu təbii və mədəni dəyərlərinə görə 29 iyun 2000-ci ildə nazirliyin təsdiqi ilə  “Akdağ Təbiət Parkı” olaraq təyin edilib. 

Həmin təbiət parkı Prezidentin Sərəncamı ilə “milli park” statusu alıb. Beləliklə, bu ərazi Təbiəti Mühafizə və Milli Parklar Baş Müdirliyinə tabe olan Türkiyenin 49-cu milli parkı oldu. Ərazinin ölçüsü 15 min 933 hektara çatdırıldı.

Açıqlamada fikirlərinə yer verilən kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı Akdağ Milli Parkının flora və fauna baxımından böyük zənginliyə malik olduğuna diqqət çəkib:

"Region nəsli kəsilməkdə olan növlərə ev sahibliyi edən və təbii quruluşu, mədəni dəyərləri və mövcud resursları sayəsində yüksək ziyarətçi potensialına malik bir parkdır. Ərazidə həmçinin kanyonlar, mağaralar, qayalar, dağlar, çaylar və göllər kimi ərazilər var. Ziyarətçi potensialı ilə seçilən ərazi milli park elan edilməklə daha yaxşı qorunacaq”.



Әlaqәli Xәbәrlәr