“Mickey” və “Minnie Mouse” ictimai əmlak oldu

BBC-nin yazdığına görə ...

2083184
“Mickey” və “Minnie Mouse” ictimai əmlak oldu

 

  “Disney”in ilk “Mickey” və “Minnie Mouse” siçan personajları 2024-cü ilin ilk günündən ictimai əmlak oldu.

  BBC-nin yazdığına görə, 1928-ci ildə "Steamboat Willie" qısametrajlı filminin qəhrəmanları olan “Mickey” və “Minnie Mouse”un 95 illik müəllif haqqları müddəti bitdiyi üçün ABŞ-da ictimai əmlaka çevrildi.

  Müəllif hüquqlarının aradan qaldırılması ilə bu obrazlar artıq “Disney” məhsulu kimi göstərilməyəcək və istənilən animasiya, məhsul və yaradıcı işlərdə pulsuz və icazəsiz istifadə edilə biləcək.

  “Duke” Mərkəzi İctimai Əmlak Araşdırmaları İdarəsinin müdiri Cennifer Cenkins sözügedən mövzu ilə bağlı deyib: “Personajların ictimai əmlak olması uzun müddətdir gözlənilən bir hadisədir”.

  Qeyd edək ki, müasir “Mickey” və “Minnie Mouse” siçan personajlarının müəllif hüquqları hələ də “Disney”dədir.

  "Puh küncündə ev" (The House at Pooh Corner), Çarli Çaplinin "Sirk" və Virginia Vulfun "Orlando" kitabları da ictimai əmlaka çevrilib.

 



Әlaqәli Xәbәrlәr