TRT Beynəlxalq Sənədli Film Mükafatları mərasimi başa çatdı

Türkiye Radio və Televiziya Qurumunun (TRT) bu il 14-cü dəfə təşkil etdiyi "TRT Beynəlxalq Sənədli Film Mükafatları" İstanbulda keçirilən mükafatlandırma mərasimi ilə başa çatıb.

2077805
TRT Beynəlxalq Sənədli Film Mükafatları mərasimi başa çatdı

Türkiye Radio və Televiziya Qurumunun (TRT) bu il 14-cü dəfə təşkil etdiyi "TRT Beynəlxalq Sənədli Film Mükafatları" İstanbulda keçirilən mükafatlandırma mərasimi ilə başa çatıb.

Təxminən 100 ölkədən 1000-ə yaxın layihənin müraciət etdiyi 14-cü TRT Beynəlxalq Sənədli Film Mükafatlarında “Beynəlxalq'' kateqoriya”, “Milli peşəkarlıq'' kateqoriyası, “Milli tələbə filmləri'' kateqoriyası və “Layihə dəstəyi'' kateqoriyası olmaqla 4 kateqoriyada 32 finalçı mükafat uğrunda mübarizə aparıb.

Mükafat mərasimində “The Lens of the Democracy” sənədli filmi ''Beynəlxalq'' kateqoriya üzrə ''Ən yaxşı film'' mükafatına layiq görülüb, “Giselou” ikinci, “A Golden Life” filmi isə üçüncü seçilib.

''Milli peşəkar'' kateqoriyasında  "Flanöz" adlı film ''Ən yaxşı film'' mükafatına, "Bilge Ana Mevlüde Gənc" Mədəniyyət və Turizm Nazirliyinin ''Xüsusi'' mükafatına, "Kavur" filmi də münsiflər heyətinin ''Xüsusi'' mükafatına layiq görülüb. 

''Milli tələbə filmləri'' kateqoriyasında “Gökyüzüne Bak” ''Ən yaxşı film'' mükafatına layiq görülüb. “Ekmek Teknesi” İkinci, “İyi Geceler Dede. Seni Seviyorum'' filmi də üçüncü seçilib. ''Layihə dəstəyi'' kateqoriyasında isə "Boşluk", "Senin de Bir Mürüvvetini Görsek" və "Tuzdan Hayaller" sənədli filmləri mükafatlandırılıb.

Mərasimdə çıxış edən TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı tədbirin “Köklü İzlər, Güclü Hikayələr” devizi ilə təşkil edildiyini və Türkiyenin ən nüfuzlu sənədli film festivalı olduğunu bildirib.

Türkiyedə sənədli film tarixini və macərasını TRT-dən müstəqil nəzərdən keçirməyin mümkün olmadığına diqqət çəkən Mehmet Zahid Sobacı TRT Sənədli Film Mükafatlarının dünyanın müxtəlif yerlərindən sənədli filmləri bir araya gətirən nüfuzlu tədbir olduğunu bildirib.

Sənədli filmlərin fərqləndirici cəhətlərindən birinin fundamental qlobal problemləri müəyyən etmək, bu problemlərin həllinə işıq salmaq, bütün reallıqları ilə ədalətsizlikləri ortaya çıxarmaq olduğunu bildirən Mehmet Zahid Sobacı deyib:

"Bildiyiniz kimi, İsrail oktyabrın 7-dən Qəzzada soyqırım törədir. Biz Qərb dövlətlərinin media orqanlarının necə ''üç meymunu'' oynadığının şahidi oluruq. İsrailin törətdiyi cinayətlərə ən böyük reaksiyanı 8 milyard insanın hüquqlarını müdafiə edən Türkiye verir. Dövlətimiz məzlumun yanında olaraq bütün dünyaya ədalət və insaf dərsi verir. Biz də  Türkiyenin ictimai yayımçı orqanı olaraq kimin qatil, kimin qurban olduğunu verilişlərimiz və layihələrimizlə dilə gətiririk''.

Tədbirdə Qəzza ilə bağlı xüsusi başlıqlara da yer verdikləri barədə məlumat verən Mehmet Zahid Sobacı festivalda əməyi olan bütün sənədli filmçilərə, münsiflər heyəti üzvlərinə və komanda yoldaşlarına təşəkkür edib.



Әlaqәli Xәbәrlәr