TRT-nin ortaq istehsalı olan “Nəfəs - yer mənfi iki” kinoteatrlarda

TRT baş direktoru M.Z.Sobacı əməkdaşları ilə birlikdə TRT-nin birgə istehsalı olan “Nəfəs - yer mənfi iki” filminə baxmazdan əvvəl etdiyi çıxışında deyib ...

2077101
TRT-nin ortaq istehsalı olan “Nəfəs - yer mənfi iki” kinoteatrlarda
Nefes - Yer Eksi İki.jpg
trt genel muduru zahid sobaci.jpg

 

  Türkiyə Radio və Televiziya Qurumunun (TRT) baş direktoru Mehmet Zahid Sobacı bildirib ki, TRT-nin birgə istehsalı olan “Nəfəs - yer mənfi iki” (Nefes - Yer Eksi İki) filmi cəsur qəhrəmanların qarşılarındakı məsuliyyəti yerinə yetirmək səylərinin əksidir.

  TRT baş direktoru M.Z.Sobacı əməkdaşları ilə birlikdə TRT-nin birgə istehsalı olan “Nəfəs - yer mənfi iki” filminə baxmazdan əvvəl etdiyi çıxışında deyib: "Bu film cəsur qəhrəmanlarımızın qarşılarında məsuliyyətlərini yerinə yetirmək üçün göstərdikləri səylərin bir əksidir.

  TRT müstəqilliyindən vaz keçməyən, torpaqları şəhid qanıyla sulanan bu coğrafiyada adil bir dünya dünyagörüşü ilə səkkiz milyard insanı qucaqlayan ictimai radio-televiziya qurumudur.  

  Ötən il telelayihələr üzrə bir çox yenililklərə imza atan TRT beynəlxalq yayım sahəsində “Emy Award” mükafatı alıb.

  “Təbii” adlı rəqəmsal platformamızı istifadəyə vermişik.

  Reytinqlərdə qazanılan uğurlarla davam edirik.

  TRT 2024-cü ildə başqası ilə deyil, özü ilə yarışaraq səviyyəni daha da yüksəldəcək”.

  Qeyd edək ki, dekabrın 15-dən Türkiyə kinoteatlarına çıxan "Nəfəs – yer mənfi iki" kinofilmi 2 min metr yüksəklikdə yerləşən polis bölməsində bölgəyə xidmət etmiş gerçək qəhrəmanların bir neçə saatlıq həyatından bəhs edir.



Әlaqәli Xәbәrlәr