"Peripeteyya - bəxtin dönüşü" uğurla döndü

Dekabrda film Toronto Beynəlxalq Qısametrajlı, Boston Türk Filmləri və Beynəlxalq Haliç Qızıl Buynuz film festivallarında nümayiş etdiriləcək

2074362
"Peripeteyya - bəxtin dönüşü" uğurla döndü

 

  Türkiyəli rejissor Merve Gezenin çəkdiyi "Peripeteyya - bəxtin dönüşü" (Peripeteia-Talih Dönüşü) filmi Finlandiyada keçirilən Kotka İnsan Haqları Film Festivalında Münsiflər Heyəti Xüsusi Mükafatına layiq görülüb.

  Quruluşçu rejissoru Mustafa Kuşçu, bəstəkarı Murat Evginin olduğu, Cenevrədə FİFOG-da premyerası olan və İsveçrənin bir çox məktəbində nümayiş etdirilən film zibilliklərdən kağız və plastik toplayıb ailəsinə kömək edən 9 yaşlı Ademin adi bir günündən bəhs edir.

  Mükafatla bağlı rejissor M.Gezen deyib: "İtaliyadan sonra Finlandiyadan da mükafatla ölkəmə qayıtmaqdan qürur duyuram. “Peripeteia” kinoteatrdan kənara çıxdı, təhsil sistemində maarifləndirmə üçün həm Finlandiya, həm İsveçrə məktəblərində nümayiş olundu”.

  Film 2022-ci ilin noyabrında İtaliyada keçirilən 74-cü Montecatini Beynəlxalq Qısametrajlı Film Festivalının bədii ədəbiyyat kateqoriyasında "Ən yaxşı qısametrajlı film" mükafatını qazanmışdı.

  Dekabrda film Toronto Beynəlxalq Qısametrajlı, Boston Türk Filmləri və Beynəlxalq Haliç Qızıl Buynuz film festivallarında nümayiş etdiriləcək.

 



Әlaqәli Xәbәrlәr