Öküz başı relyefi ilk dəfə tapıldı

Adıyaman Muzeyinin direktoru Mehmet Alkan builki qazıntıların sonuna yaxınlaşdıqlarını və iş zamanı maraqlı məzar quruluşu ilə qarşılaşdıqlarını bildirib ...

2070606
Öküz başı relyefi ilk dəfə tapıldı

 

  Türkiyənin Adıyaman rayonundakı Perre antik şəhərində davam edən arxeoloji qazıntılar zamanı Roma dövrünə aid 1800 illik öküz başı qabartması (relyef) tapılıb.

  Perredə 2001-ci ildə başlayan və fasilələrlə davam edən qazıntılar zamanı bir Roma fəvvarəsi, iri blok daşlar, su kanalları və müxtəlif memarlıq tikililəri üzə çıxarılıb.

  2023-cü ilin aprel ayında 76 işçi ilə başlayan arxeoloji qazıntılar zamanı qəbir quruluşunda öküz başı relyefi aşkar edilib.

  Adıyaman Muzeyinin direktoru Mehmet Alkan builki qazıntıların sonuna yaxınlaşdıqlarını və iş zamanı maraqlı məzar quruluşu ilə qarşılaşdıqlarını bildirib: "Öküz başı relyefi ilk dəfədir tapıldı. Onun tarixi 1800 il əvvələ gedib çıxır. Biz həmçinin 3 xamosorion tipli qəbir və yan tərəflərdə 2 kürsü aşkar etdik. Burada öküzün güc təmsili kimi qəbirləri qoruduğu inancı görünür”.

 



Әlaqәli Xәbәrlәr